Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    27 Oktyabr 2025 14:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illiyi münasibətilə çıxış edərək bildirib ki, İran millətlərin hüquqlarını həqiqətən təmsil edən və ədalət uğrunda dayanan bir BMT-yə inanır.

    AzerVoice xəbər verir ki, bazar ertəsi Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda keçirilən mərasimdə çıxış edən İsmayıl Baqai deyib ki, hazırkı qlobal vəziyyət bəzi güclərin BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etməməsinin nəticəsidir.

    O xatırladıb ki, BMT “dəhşətli bir dünya müharibəsinin külü üzərində” qurulub – bu, insanlığın ağrılı təcrübələrini yada salan və oxşar faciələrin təkrar yaşanmaması üçün verilmiş bir öhdəlik idi.

    “İndi geri çəkilmək və ya biganə qalmaq vaxtı deyil. Biz ədalətə inanırıq; millətlərin hüquqlarının əsl təmsilçisi olan bir BMT-yə inanırıq,” – deyə Baqai bildirib.

    O qeyd edib ki, BMT-nin əsas missiyası – beynəlxalq sülh və təhlükəsizliyin qorunması – bir neçə güclü dövlətin birtərəfli və öz maraqlarına xidmət edən davranışları səbəbindən zəifləyib.

    Baqainin sözlərinə görə, BMT Nizamnaməsinin məqsəd və prinsipləri, xüsusilə Təhlükəsizlik Şurasında, bu prinsiplərin qoruyucusu olmalı olanlar tərəfindən təhrif edilir və pozulur.

    Baqai ABŞ-ı və onun bəzi müttəfiqlərini BMT Nizamnaməsinin “ən böyük pozucuları” adlandıraraq, onların İsrailin fələstinlilərə qarşı davam edən müharibəsinə verdikləri dəstəyə diqqət çəkib.

    “Son iki ildə İsrail rejimi işğal altındakı Fələstin ərazilərində tarixdəki ən genişmiqyaslı soyqırımlardan birini həyata keçirərkən, eyni zamanda bir neçə ölkəyə hərbi hücumlar edib və terror aktları törədib. Bütün bunlar ABŞ və bəzi Avropa dövlətlərinin tam dəstəyi və iştirakı ilə baş verir.” - deyə Bəqai qeyd edib.

    Sözçü həmçinin ABŞ-ın Latın Amerikasında yürüdüyü siyasəti pisləyərək bildirib ki, Vaşinqtonun Venesuela, Kuba və digər ölkələrə qarşı müdaxilələri və təhdidləri beynəlxalq hüququ və sülhü pozur.

    Baqai vurğulayıb ki, İran hər zaman sülhün, ədalətin, insan ləyaqətinin və millətlər arasında dostluq münasibətlərinin sadiq müdafiəçisi olub və onilliklər boyu qarşılaşdığı qərəz və ədalətsiz münasibətlərə baxmayaraq, BMT-nin məsuliyyətli üzvü kimi fəaliyyətini davam etdirir.

    Çox tərəfli əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyən Baqai deyib: “Biz heç vaxt Birləşmiş Millətləri təsirsiz bir qurum hesab etməmişik, nə də onun institutlarını təhdid etmişik. Gəlin, müharibənin bəşəriyyət üçün fəlakətinə yol verməyəcək bir BMT qurmaq öhdəliyimizi yeniləyək — həm bu nəsil, həm də gələcək nəsillər üçün.”

    #İsrail #İran #BMT #ABŞ #İran XİN #ABŞ-İsrail ortaq strategiyası #ABŞ-İsrail texnoloji əməkdaşlığı #İsmayıl Bəqai #ABŞ İsrail dəstəyi #ABŞ və İsrail
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    1 Sentyabr 2026 10:24

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    1 Sentyabr 2026 10:18

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38
    XƏBƏR LENTİ

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.