Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard 6 milyon dollar olub. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin iyul ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq 25,6 milyard dollar, idxalı isə 5,1 faiz artaraq 32,9milyard dollar olub.
“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 384,3 milyard dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- iyul ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 161,5 milyard dollara, idxalı isə 4,7 faiz artaraq 222, milyard dollar olub.
Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb