Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İsrail bölgənin sabitliyini və təhlükəsizliyini pozur - Fars Körfəzi Əməkdaşlıq Şurası

    23 Oktyabr 2025 12:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail bölgənin sabitliyini və təhlükəsizliyini pozur - Fars Körfəzi Əməkdaşlıq Şurası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC) İsrail parlamentinin - Knessetin - Qərb sahilində İsrail suverenliyinin tətbiqinə dair qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini kəskin şəkildə pisləyib.

    AzerVoice xəbər verir ki, cümə axşamı yayılan bəyanatda GCC bu addımın bölgədə sabitlik və təhlükəsizliyi daha da pozduğunu bildirib.

    Təşkilatın baş katibi Casim əl-Budayvi bəyan edib ki, bu cür addımlar “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq ictimaiyyətin ədalətli və hərtərəfli sülhə nail olmaq səylərinin aşkar şəkildə sarsıdılmasıdır”.

    Budayvi vurğulayıb ki, “bu tip məskunlaşma siyasəti fələstinlilərin tarixi hüquqlarına açıq təcavüzdür və beynəlxalq qanunları kobud şəkildə pozur”.

    Baş katib beynəlxalq ictimaiyyəti “öz hüquqi və siyasi məsuliyyətlərini yerinə yetirməyə, İsrail hakimiyyətinə bu təhlükəli eskalasiya addımlarını dayandırmaq üçün təzyiq göstərməyə” çağırıb.

    Xatırladaq ki, İsrail Knesseti çərşənbə günü Qərb sahilində suverenliyin tətbiqini nəzərdə tutan qanun layihəsini ilkin səsvermədə təsdiqləyib. Layihə parlamentin xarici işlər və müdafiə komitəsinə müzakirə üçün göndəriləcək.

    Qanunun qüvvəyə minməsi üçün sənədin daha üç oxunuşda səsvermədən keçməsi tələb olunur.

    #Qəzza #Qəzza zolağı #Knesset #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Casim əl-Budeyvi #GCC ölkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    2 Sentyabr 2026 11:50

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25
    XƏBƏR LENTİ

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.