#Casim əl-Budeyvi

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib. Xarici İşlər Nazirliyi bu hücumları “qəddar təcavüz” adlandırıb. Ər-Riyad hücumların beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirib. Səudiyyə Ərəbistanı üç ölkənin həyata keçirdiyi müdafiə tədbirlərinə tam dəstək ifadə edib. Nazirlik İranın addımlarının regional təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıb. Bundan əvvəl Qətər və Körfəz Əməkdaşlıq Şurası da İranın hücumlarını pisləyib. Körfəz ölkələri bölgədə artan gərginliklə bağlı ortaq mövqe nümayiş etdirir. Hadisələr Yaxın Şərqdə daha geniş hərbi qarşıdurma təhlükəsini artırır.

Livan Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatında ölkə ilə bağlı yer alan müddəaları müsbət qiymətləndirib. Xarici işlər naziri Yusif Rəcci Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budeyvi ilə telefon danışığında bu mövqeyi ifadə edib. Nazirlik ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlara verilən dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Eyni zamanda, danışıqlar prosesinin digər məsələlərdən ayrı saxlanılmasının vacibliyi vurğulanıb. Açıqlamada Livanda silah tətbiq etmək səlahiyyətinin yalnız dövlətə məxsus olmasının zəruriliyi də dəstəklənib. Həmçinin dövlətə tabe olmayan silahlı qrupların tərksilah edilməsinə çağırış alqışlanıb. Rəsmi Beyrut bu yanaşmanın ölkənin suverenliyinin möhkəmlənməsinə töhfə verəcəyini hesab edir. Bəyanat regionda davam edən diplomatik proseslərin mühüm hissəsi kimi qiymətləndirilir.

Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC) İsrail parlamentinin - Knessetin - Qərb sahilində İsrail suverenliyinin tətbiqinə dair qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini kəskin şəkildə pisləyib. Cümə axşamı yayılan bəyanatda GCC bu addımın bölgədə sabitlik və təhlükəsizliyi daha da pozduğunu bildirib. Təşkilatın baş katibi Casim əl-Budayvi bəyan edib ki, bu cür addımlar “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq ictimaiyyətin ədalətli və hərtərəfli sülhə nail olmaq səylərinin aşkar şəkildə sarsıdılmasıdır”.