Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İtaliya Fələstin Dövlətini tanımaq üçün HƏMAS-ın silahsızlanmasını şərt qoyur

    22 Oktyabr 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İtaliya Fələstin Dövlətini tanımaq üçün HƏMAS-ın silahsızlanmasını şərt qoyur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İtaliyanın Baş naziri Giorgia Meloni bildirib ki, HƏMAS Fələstinin gələcəyində siyasi rol oynamaqdan imtina etmədən və silahı yerə qoymadan, İtaliyanın Fələstin Dövlətini tanıması mümkün deyil.

    AzerVoice xəbər verir ki, Meloni bu fikirləri 23–24 oktyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi parlamentin yuxarı palatası olan Senatda çıxışı zamanı səsləndirib. O, həm beynəlxalq gündəmin aktual məsələləri, həm də hökumətinin bu məsələlərə münasibəti barədə məlumat verib.

    Baş nazir qeyd edib ki, Zirvə "son dərəcə mürəkkəb beynəlxalq vəziyyətdə" keçiriləcək və üç ildir hakimiyyətdə olan hökuməti həm İtaliya, həm də Avropa İttifaqı üçün "nadir sabitlik nümunəsi" sayılır.

    Meloni, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanmış 20 maddəlik sülh planını bölgə üçün "müsbət inkişaf" adlandırıb və bu diplomatik təşəbbüsə görə başda ABŞ, Misir, Qətər və Türkiyə olmaqla bütün vasitəçilərə təşəkkürünü bildirib. Trampın bu prosesdə "inkarolunmaz uğura nail olmaq üçün böyük enerji sərf etdiyini" vurğulayıb.

    O, uzun fasilədən sonra Yaxın Şərqdə ədalətli və daimi sülh üçün real bir imkanın yarandığını, lakin vəziyyətin hələ də "həssas və kövrək" olduğunu bildirib. Meloni, HƏMAS-ın atəşkəsi pozduğunu iddia etsə də, İsrailin mülki itkilərə səbəb olan cavab hücumlarını dəstəkləmədiklərini də xüsusi qeyd edib.

    Meloni əlavə edib ki, plandakı məqsədlərə çatmaq üçün HƏMAS keçid hökumətində və gələcək Fələstin Dövlətində heç bir rol oynamamalı, həmçinin silahsızlandırılmalıdır. Onun sözlərinə görə, bu, İtaliyanın Fələstin Dövlətini tanıması üçün əsas ilkin şərtdir və bu yanaşma parlament tərəfindən də təsdiqlənib.

    “Hökumət bu şərtlər yerinə yetirildiyi halda hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri sülh planının şərtlərinə hörmət etməyə və yaranmış fürsətdən istifadə etməyə çağırır. Əlbəttə ki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, – deyə Meloni bildirib.

    Meloni həmçinin İsrailin qeyri-qanuni yaşayış məntəqələrinə qarşı olduqlarını bəyan edib.

    “İsrailin yeni yaşayış yerləri salmaq planlarını qınayırıq və bəzi İsrailli rəsmilərin zorakı bəyanatlarını qəbuledilməz hesab edirik. Buna görə onlara qarşı Avropa səviyyəsində fərdi sanksiyaları dəstəkləməyə hazırıq”, – deyə o bildirib.

    İtaliya hökumətinin 2024-cü ilin mart ayında başladığı “Qəzza üçün ərzaq” kampaniyası çərçivəsində artıq 200 tondan çox yardım göndərildiyini və 196 Qəzzalını müalicə üçün İtaliyaya gətirdiklərini açıqlayan Meloni əlavə edib ki, “Carabinieri” adlı İtaliya jandarma qüvvələri Erihada Fələstin polisinə və Rəfahda AB missiyasına təlim keçməyə davam edir, bu missiyaların sayını artırmağa da hazırdır.

    “Bunu noyabr ayının əvvəlində Romada görüşəcəyim Fələstin Prezidenti Mahmud Abbasla da bölüşəcəyəm”, – deyə o vurğulayıb.

    #Qəzza #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #Giorgia Meloni #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.