Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Böyük Britaniya Qəzzada sabitliyin bərpasına dəstək üçün İsrailə hərbçilər göndərib

    22 Oktyabr 2025 12:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Böyük Britaniya Qəzzada sabitliyin bərpasına dəstək üçün İsrailə hərbçilər göndərib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, kiçik sayda britaniyalı hərbi planlaşdırma zabitləri Qəzzada sabitliyin təmin edilməsinə yönəlmiş səylərə dəstək məqsədilə İsrailə göndərilib. Onlar ABŞ-ın rəhbərlik etdiyi birgə əməliyyat qrupuna qoşulublar.

    AzerVoice xəbər verir ki, ABŞ, Misir və Qətər bu həftə İsrail və “HƏMAS” arasında atəşkəs sazişinin ilkin mərhələlərinin möhkəmləndirilməsi və ABŞ prezidenti Donald Trampın 20 maddəlik müharibəyə son qoyma planının həyata keçirilməsi üçün intensiv vasitəçilik aparır.

    Vaşinqtonun təşəbbüsü ilə yaradılan və “mülki-hərbi koordinasiya mərkəzi” kimi tanınan sabitlik qüvvəsinin əsas məqsədi Qəzzada təhlükəsizliyi təmin etməkdir. Lakin qüvvənin tərkibi, rəhbərlik strukturu və hüquqi statusu hələ tam razılaşdırılmayıb.

    ABŞ bu məqsədlə 200 nəfərədək hərbçi göndərməyə razılıq verib, lakin onların Qəzzənin özündə yerləşdirilməyəcəyi bildirilir. ABŞ rəsmiləri həmçinin İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla da bu qüvvəyə mümkün töhfələr barədə danışıqlar aparır.

    Britaniya Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında bildirib ki, “azsaylı planlaşdırma zabitləri” artıq mülki-hərbi koordinasiya mərkəzinə qoşulub və onlardan biri mərkazin rəhbər müavini kimi fəaliyyət göstərəcək.

    Nazirlik qeyd edib ki, bu addım ABŞ-ın rəhbərlik etdiyi Qəzza sonrası sabitlik planlaşdırmasına Britaniyanın davamlı iştirakını təmin etmək məqsədi daşıyır.

    “Böyük Britaniya beynəlxalq tərəfdaşlarla birgə Qəzzada atəşkəsin qorunması və sülh prosesinə ən səmərəli şəkildə töhfə vermək istiqamətində işləməyə davam edir,” - deyə bəyanatda vurğulanıb.

    Britaniya Müdafiə Naziri Con Heyli isə bildirib ki, ölkəsi xüsusi təcrübə və bacarıqlara malikdir və bu istiqamətdə ABŞ-ın müraciətinə cavab olaraq iştirak təklif edib.

    “Biz bu missiyaya rəhbərlik etməyəcəyik, lakin öz rolumuzu oynayacağıq.”-deyə Con Heyli bildirib.

    Heylinin sözlərinə görə, britaniyalı zabitlərin yerləşdirilməsi ABŞ-ın rəsmi müraciətinə cavab olaraq həyata keçirilib və məqsəd Qəzzada müharibədən sonrakı dövrdə beynəlxalq sabitliyin bərpasına koordinasiyalı dəstək göstərməkdir.

    #Qəzza #Qəzza zolağı #Böyük Britaniya #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzza və Livanda AI texnologiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23
    XƏBƏR LENTİ

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.