Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp

    17 Oktyabr 2025 10:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS hərəkatı Qəzzada insanları öldürməyə davam etsə, “ştatların onları öldürməkdən başqa seçimimiz qalmayacaq”.

    AzerVoice xəbər verir ki, bu barədə “Reuters” agentliyi dövlət başçısının Truth Social platformasındakı paylaşımına istinadla məlumat yayıb.

    “Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə - bu, razılaşmada nəzərdə tutulmamışdı - bizim başqa seçimimiz olmayacaq, ora gedib onları öldürəcəyik,” – deyə Tramp yazıb.

    Əvvəllər Tramp HƏMAS-ın həyata keçirdiyi əməliyyatları cinayətkarlığa qarşı mübarizə ilə müqayisə etmişdi. Həftənin əvvəlində o demişdi: “Onlar çox təhlükəli olan bəzi dəstələri aradan qaldırdılar, həmin dəstələrin üzvlərini öldürdülər. Açığı, bu məni o qədər də narahat etmədi.”

    Prezident hansı qüvvənin HƏMAS-a qarşı əməliyyat keçirə biləcəyini açıqlamayıb. Halbuki o, çərşənbə günü bəyan etmişdi ki, ABŞ ordusu Qəzzaya müdaxilə etməyəcək.

    Vaşinqtonun vasitəçiliyi ilə imzalanan atəşkəs sazişinə əsasən İsrail qüvvələrinin Qəzzadan qismən çıxmasından sonra HƏMAS dağıdılmış şəhərlərdə nəzarəti gücləndirib, “xain” və ya “casus” adlandırdığı şəxslərin küçələrdə edamını həyata keçirib.

    ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə rəhbəri general Bred Kuper çərşənbə günü HƏMAS-ı “fələstinli mülki şəxslərə qarşı atəş açmağı dərhal dayandırmağa” və Tramp planının icrasına əməl etməyə çağırıb.

    Bununla belə, Tramp bu edam xəbərlərinə indiyədək xüsusi reaksiya verməyib. O, çərşənbə axşamı Ağ Evdə deyib ki, :“Düzünü desəm, bu məni çox narahat etmir. Problem deyil. Bu, çox pis dəstələrdir. Bu, digər ölkələrdəki vəziyyətdən tamamilə fərqlidir.”

    Tramp bazar ertəsi Qəzza atəşkəsini qeyd etmək məqsədilə İsrailə və Misirə səfəri zamanı bildirib ki, HƏMAS “bölgədəki problemlərə son qoymaq” ideyasına açıqdır. “Onlar bu məsələyə açıq yanaşdılar. Biz onlara müəyyən vaxt verdik,” – deyə o, prezident təyyarəsində jurnalistlərə açıqlama verib.

    Tramp eyni zamanda bildirib ki, HƏMAS-ın saxladığı bəzi girovların cəsədləri İsrailə qaytarılıb, lakin hərəkatın atəşkəs razılaşmasına əməl etməməsi halında ABŞ dəstəkli addımların qaçılmaz ola biləcəyini vurğulayıb.

    HƏMAS-ın Qərb Sahilindəki rəhbəri Zahir Cəbbərin bəyan edib ki, hərəkat Qəzzada müharibənin dayandırılmasını təmin edən sazişə sadiqdir.

    “Biz hərəkat olaraq müharibənin dayandırılmasını, xalqımızın təcavüzdən qorunmasını və bərpa prosesinin başlanmasını təmin edən sazişin icrasına sadiqik. Həmçinin xalqımız üzərində istənilən beynəlxalq nəzarət formasını rədd edirik.”-deyə Cəbbərin çıxışında bildirib.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Trampın fərmanları #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #HƏMAS-ın mövqeyi #HƏMAS və Qəzzanın gələcəyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Ralf Norman Cənubi Karolinadan Senata namizədliyini irəli sürüb

    18 İyul 2026 19:29

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.