Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib

    18 Avqust 2026 18:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Çinin dövlət nəzarətində olan iki iri gəmiçilik şirkəti Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması səbəbindən neft tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından keçirməyi dayandırıb. Şirkətlər bunun əvəzinə Körfəzdən kənarda neft yüklərinin qəbuluna üstünlük verirlər.

    VOA xəbər verir ki, söhbət Çinin dövlət nəzarətində olan “COSCO Shipping Energy Transportation” və “China Merchants Energy Shipping” şirkətlərindən gedir. “Reuters”in gəmiçilik sahəsindəki mənbələrə və gəmilərin hərəkətini izləyən məlumatlara əsaslanan xəbərinə görə, hər iki şirkət iyulun sonlarından etibarən tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından uzaq saxlayır.

    “China Merchants Energy Shipping” iyulun sonunda sərmayəçilərə bildirib ki, şirkətin gəmiləri hələlik Hörmüz boğazına daxil olmayacaq. Şirkət digər gəmiçilik müəssisələrinin də Qırmızı dənizin cənubunda yerləşən Bab əl-Məndəb boğazından yayınmağa başladığını açıqlayıb.

    Yeni daşınma qaydasına əsasən, Çin tankerlərinin bir hissəsi nefti Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyi və Oman sahilləri yaxınlığında digər gəmilərdən qəbul edir. Bu üsul tankerlərin təhlükəli hesab edilən Hörmüz boğazına daxil olmadan neft yükünü götürməsinə imkan verir.

    Məlumata görə, iki şirkətin ümumilikdə 100-dən çox iri neft tankeri var. Bu tankerlərin hər biri təxminən iki milyon barel xam neft daşımaq imkanına malikdir. ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl həmin iki şirkət Çinin Yaxın Şərqdən xam neft idxalının təxminən yarısının daşınmasını həyata keçirirdi.

    Yaranmış vəziyyət Çin üçün neft daşımalarının müddətini uzadıb və tankerlərdən istifadənin səmərəliliyini azaldıb. Bununla yanaşı, bölgədəki təhlükəsizlik riskləri neft daşınması xərclərinin kəskin yüksəlməsinə səbəb olub.

    #neft #Çin #Oman #Yaxın Şərq #neft tankerləri #Hörmüz boğazı #Dəniz daşımaları #Bab əl-Məndəb boğazı #Füceyrə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    ABŞ “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini Yaxın Şərqə yerləşdirib

    20 Avqust 2026 18:29
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.