Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ qoşunlarının İran ətrafından çıxarılması ilə bağlı şərtlər əlavə danışıqlar tələb edir

    27 May 2026 19:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ qoşunlarının İran ətrafından çıxarılması ilə bağlı şərtlər əlavə danışıqlar tələb edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ və İran arasında hazırlanması bildirilən ilkin və qeyri-rəsmi anlaşma memorandumuna dair yeni detallar açıqlanıb.

    VOA xəbər verir ki, İran mediasında yayılan məlumatlara əsasən, sənəddə ABŞ hərbi qüvvələrinin İranın yaxınlığındakı bölgələrdən çıxarılması və tətbiq olunan dəniz blokadasının aradan qaldırılması ilə bağlı müddəalar yer alır.

    Məlumata görə, bunun qarşılığında İran bir ay ərzində kommersiya dəniz daşımalarını müharibədən əvvəlki səviyyəyə qaytarmağa razılıq verib. Bildirilir ki, strateji dəniz marşrutlarında hərəkətin idarə olunması İran və Oman arasında koordinasiya əsasında həyata keçiriləcək.

    Yayılan məlumatlarda diqqət çəkən əsas məqamlardan biri ABŞ-ın İran ətrafındakı hərbi qüvvələrinin geri çəkilməsi məsələsi olub. Lakin bunun Körfəz bölgəsində yerləşən hərbi qüvvələri və ya müxtəlif bazalarda yerləşdirilən kontingenti əhatə edib-etmədiyi ilə bağlı əlavə danışıqların aparılacağı qeyd edilir.

    Məlumatda həmçinin bildirilir ki, tərəflər arasında yekun razılaşmanın 60 gün ərzində əldə olunması və sənədin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən məcburi qətnamə formasında rəsmiləşdirilməsi nəzərdə tutulur.

    Bununla belə, vurğulanır ki, sənəd hələlik rəsmi status daşımır və İran tərəfi hər hansı yekun addımdan əvvəl ABŞ tərəfindən təqdim ediləcək “yoxlanıla bilən təminatlar” tələb edir.

    #Oman #BMT Təhlükəsizlik Şurası #Regional təhlükəsizlik #Hörmüz boğazı #sülh prosesi #ABŞ–İran münasibətləri #Diplomatik danışıqlar #Dəniz blokadası #Körfəz bölgəsi #Hərbi qüvvələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.