BAKI,VOA,Vüsalə Əzimzadə
VOA məlumat verir ki, Səudiyyənin Milli Dəniz Nəqliyyatı Şirkəti (“Bahri”) donanmasına məxsus “Sidr” tankerinin avqustun 31-də Hörmüz boğazından keçərkən təhlükəsizlik insidentinə uğradığı açıqlanıb. Hadisə nəticəsində gəminin iki filippinli ekipaj üzvü həlak olub.
Şirkətin açıqlamasına görə, “Bahri” gəmi ilə əlaqəni davamlı şəkildə saxlayır və insidentin gedişatı ilə bağlı aidiyyəti qurumlar və digər tərəflərlə koordinasiya aparır.