Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran hava məkanını yenidən açdı

    15 Yanvar 2026 12:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran hava məkanını yenidən açdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İran ABŞ Prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamaları fonunda əksər uçuşlar üçün bağladığı hava məkanını yenidən açıb.

    AzerVoice xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı bildirişlərə əsasən, İran hava məkanı cümə axşamı əksər kommersiya reysləri üçün müvəqqəti olaraq bağlanıb.

    Məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatının (CAO) əvvəlcədən verdiyi xüsusi icazə olmadan həyata keçirilən bütün uçuşlara şamil olunub.

    FlightRadar24 uçuş izləmə xidmətinin məlumatına görə, İran üzərində cəmi üç təyyarə qeydə alınıb, onlarla reys isə ölkə sərhədləri ətrafından yönləndirilib. İran hava məkanı tam şəkildə bərpa olunub.

    Məhdudiyyətlər ABŞ Prezidenti Donald Trampın İranda hökumət əleyhinə etirazların zorakılıqla yatırılmasından sonra Tehrana qarşı hərbi tədbirlərin mümkünlüyü ilə bağlı açıqlamaları fonunda tətbiq olunub. ABŞ və Böyük Britaniya da bu çərçivədə Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasından bəzi hərbi personalını geri çəkib. Daha əvvəl İran rəsmiləri ABŞ-nin hücumu halında regiondakı ABŞ qüvvələrinin hədəfə alınacağını bildirmişdi.

    Bir sıra ölkələr də regionda gərginliyin artması ehtimalı ilə bağlı vətəndaşlarına təhlükəsizlik xəbərdarlıqları yayıb.

    Aviasiya təhlükəsizliyi üzrə OpsGroup təşkilatının idarə etdiyi “Safe Airspace” platforması hava məkanının bağlanmasını mümkün hərbi və ya təhlükəsizlik fəaliyyətinin göstəricisi kimi qiymətləndirib və raket buraxılışları, gücləndirilmiş hava hücumundan müdafiə sistemləri fonunda mülki təyyarələrin səhvən hədəf alınması riskinə diqqət çəkib.

    #İran #ABŞ #Donald Tramp #Tehran #Vaşinqton #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ–İran gərginliyi #Donald Tramp İran təhdidləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.