Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran rəhbərliyi dəyişməlidir - Tramp

    23 İyun 2025 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran rəhbərliyi  dəyişməlidir - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran rejimi ölkəni geri salır – niyə rejim dəyişikliyi olmasın?

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social hesabında İranla bağlı növbəti sərt açıqlamalarla çıxış edib.

    Tramp İran rəhbərliyinin ölkənin inkişafına mane olduğunu bildirib və “rejim dəyişikliyi” ideyasını açıq şəkildə gündəmə gətirib.

    “Rejim dəyişikliyi ifadəsi siyasi cəhətdən düzgün qəbul edilmir, lakin hazırkı İran rejimi ölkəni inkişaf etdirmirsə, niyə dəyişikliyə getməyək?” - deyə Tramp yazıb. O, paylaşımında “Gəlin İranı yenidən möhtəşəm edək !!” şüarından istifadə edib.

    Tramp daha sonra ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrinə toxunaraq, hücumların “sərt və dəqiq” olduğunu bildirib. Onun sözlərinə görə, bu zərbələr nəticəsində İranın əsas nüvə obyektlərinə böyük ziyan dəyib.

    Bundan əlavə, Tramp ABŞ ordusunu və əməliyyatda iştirak edən B-2 bombardmançılarını yüksək qiymətləndirərək, onların Missuri ştatına təhlükəsiz eniş etdiyini qeyd edib və “Yaxşı iş gördüyünüz üçün təşəkkür edirəm” sözləri ilə hərbçilərə təşəkkür edib.

    Qeyd edək ki, İran tərəfi ABŞ-ın hücumlarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib və rəsmi Tehranın BMT Təhlükəsizlik Şurasında Vaşinqtonun qınanması üçün çağırış etdiyi bildirilir. İran hücumların “ABŞ tarixində qara ləkə” olduğunu bəyan edib.

    #İran #ABŞ #Donald Tramp #İran-ABŞ münasibətləri #İran-İsrail gərginliyi #İran ABŞ danışıqları #sosial media platforması Truth #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.