Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    800 elektrik avtomobili olan gəmidə güclü yanğın baş verib

    5 İyun 2025 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    800 elektrik avtomobili olan gəmidə güclü yanğın baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Alyaska sahillərində 800 elektrik avtomobili daşıyan gəmidə yanğın baş verib, Litium-ion batareyaların partlama riski var.

    AzerVoice xəbər verir ki, Alyaska sahillərində 3000-dən çox avtomobil, o cümlədən 800 elektrik avtomobili daşıyan "Morning Midas" adlı yük gəmisində yanğın baş verib.

    Litium-ion batareyaların partlama ehtimalı səbəbindən ABŞ Sahil Mühafizəsi yanğının söndürülməsinə dərhal müdaxilə etməyib və vəziyyəti təhlükəsiz məsafədən müşahidə edir.

    Yanğın çərşənbə axşamı günortadan sonra, Ankoric şəhərindən təxminən 1200 mil aralıda başlayıb. Gəmini idarə edən Zodiac Maritime şirkəti ekipajın yanğına nəzarət edə bilmədiyini və 15 dəqiqə sonra təcili siqnal verdiyini açıqlayıb. 22 nəfərlik heyət xilasedici qayığa minərək gəmini tərk edib və yaxınlıqdakı ticarət gəmisi tərəfindən xilas edilib.

    Sahil Mühafizəsi hadisənin səbəbləri ilə bağlı araşdırma aparılacağını bildirib. Qurumun sözçüsü, elektrikli avtomobillərin litium-ion batareyalarının yüksək istilik nəticəsində alovlana biləcəyini və buna görə də yanğının söndürülməsinin son dərəcə riskli olduğunu qeyd edib.

    Qeyd edək ki, “Morning Midas” yük gəmisi 800 elektrik avtomobil də daxil olmaqla 3000-dən çox nəqliyyat vasitəsini Meksikanın Lazaro Kardenas şəhərinə aparırdı. Gəmi mayın 26-da Çinin Yantai şəhərindən yola düşüb və Şanxay ilə Nanşada dayanıb. Bu şəhərlər Çinin elektrikli avtomobil ixracı üzrə əsas mərkəzlərindən hesab olunur.

    #ABŞ #yanğın #elektrik avtomobili #gəmi qəzası #Alyaska #litium-ion batareyası #ABŞ Sahil Mühafizəsi #yük gəmisində partlayış riski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    23 İyul 2026 21:47

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    23 İyul 2026 21:29

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    23 İyul 2026 20:49

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    ABŞ hegemon yanaşmasını dəyişməlidir - Əraqçi

    23 İyul 2026 19:21

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    23 İyul 2026 18:48

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    23 İyul 2026 18:44

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    23 İyul 2026 18:12

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    23 İyul 2026 13:40

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

    Cənubi Çin dənizində gərginlik artır - Çin Filippin gəmilərinə müdaxilə etdi

    "Ahbaplar Cinayət Təşkilatı" istintaqında yeni mərhələ - 4 nəfər dindiriləcək

    AI Rusiyaya qarşı son 4 ilin ən geniş sanksiya paketini qəbul edib - Sanksiyalara nələr daxildir?

    Trampdan İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq - Zərərlər dondurulmuş aktivlər hesabına ödəniləcək

    Azərbaycan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)

    Yəməndə ilk qadın xarici işlər naziri kim oldu?

    İsrail mətbuatında Türkiyənin regional təsiri müzakirə olunur - Türkiyə Dənizə çıxışımızı məhdudlaşdıra bilər

    Kılıçdaroğlu yeni partiyaya keçmək istəyən deputatlar barədə nə deyib?

    Türkiyədə PKK ilə bağlı yenilik - PKK rəhbərləri Türkiyəyə girə bilməyəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.