Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha genişmiqyaslı hərbi əməliyyatın başlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

    VOA xəbər verir ki, Tramp bu barədə Axios nəşrinə müsahibəsində danışıb. O bildirib ki, Tehranın "hələ kifayət qədər ağrı hiss etmədiyini" düşündüyünü və hərbi variantın gündəmdə olduğunu deyib.

    ABŞ Prezidenti "indiyədək görünməmiş miqyasda hücumu" nəzərdən keçirdiyini, belə bir qərarın qəbuluna yaxın olduğunu və bunun üçün hazırlıqların görüldüyünü iddia edib.

    Bununla yanaşı, Tramp belə bir qərarın ciddi nəticələr doğura biləcəyini etiraf edib. O qeyd edib ki, hələlik yekun qərar verməyib və bununla bağlı konkret vaxt müəyyənləşdirməyib.

    Tramp, həmçinin İsrailin belə bir əməliyyata qoşulmağa hazır olduğunu iddia edərək bildirib ki, əgər ABŞ istəsə, İsrail "iki dəqiqə ərzində" əməliyyata qoşular. Bununla yanaşı, o, ABŞ-ın hərbi əməliyyat üçün başqa heç bir ölkəyə ehtiyac duymadığını da vurğulayıb.

    ABŞ Prezidenti əlavə edib ki, İsrailin mümkün iştirakı müəyyən nəticələrə səbəb ola bilər və bunun İranın cavab tədbirləri ilə nəticələnə biləcəyinə işarə edib. Tramp eyni zamanda İran rəsmilərinin danışıqlar aparmaq istədiyini iddia etsə də, onların hələlik razılaşma əldə etməyə hazır olmadıqlarını bildirib.

    İran tərəfi Trampın bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.

    #İsrail #İran #ABŞ #Donald Tramp #Yaxın Şərq #Regional təhlükəsizlik #Hərbi əməliyyat #Axios
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    23 İyul 2026 21:29

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    23 İyul 2026 21:00

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    23 İyul 2026 20:52

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    23 İyul 2026 20:49

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    23 İyul 2026 20:46

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    23 İyul 2026 19:59

    Tehran görüşündə İran və İraq əməkdaşlığı müzakirə olunub

    23 İyul 2026 19:49

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    23 İyul 2026 19:33

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23
    XƏBƏR LENTİ

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.