Türkiyənin Mərmərə dənizində iki yük gəmisinin toqquşması nəticəsində gəmilərdən biri batıb, onun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib. Hadisə İstanbulun cənub-qərbində, Mərmərə dənizində baş veribTürkiyə Dənizçilik Baş İdarəsinin məlumatına görə, “Tugberk İmamoglu” adlı gəmi digər gəmi ilə toqquşduqdan sonra heç bir çağırışa cavab verməyib və ekipaj üzvlərinin mobil telefonlarına da zəng çatmayıb.
#gəmi qəzası
Dənizdə gəmi qəzaları tarix boyu minlərlə insanın həyatına son qoymuş ən böyük faciələrdən sayılır. Bu qəzalar çox vaxt təbii fırtınalar, texniki nasazlıqlar və ya toqquşmalar nəticəsində baş verir.
Yəməndəki husilər İsraillə əlaqəsi olduğunu iddia etdikləri "Magic Seas" yük gəmisini Qırmızı dənizdə hədəfə alaraq batırıblar.
Süveyş körfəzində qazma gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
ABŞ sahillərində batmış yük gəmisindəki yanğın nəticəsində 3000-dən çox avtomobil su altında qalıb.
Omanın Zufar vilayətinə bağlı Salala şəhərinin cənub-şərqində, sahildən 20 dəniz mili məsafəsində Komor adaları bayrağı altında üzən bir ticarət gəmisi batıb.