Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb. Şirkət zavodun yenilənməsinə milyonlarla dollar sərmayə yatıracaq və istehsala 2027-ci ilin ortalarında başlayacaq. Layihə çərçivəsində mövcud 692 işçi iş yerini qoruyacaq. Eyni zamanda, təxminən 3 min yeni iş yerinin yaradılması planlaşdırılır. Zavodda ilkin olaraq bir neçə yolsuzluq avtomobili modeli istehsal ediləcək. "Çeri" Cənubi Afrikanı Afrika qitəsində əsas istehsal və ixrac mərkəzinə çevirməyi hədəfləyir. Şirkət gələcəkdə ölkədə illik 100 mindən çox avtomobil satmağı planlaşdırır.
#elektrik avtomobili
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 82 milyon 688 min 32 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq,6 milyon 888 min 45 dollara çatdırıb.
Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.
Dünyada qlobal elektrikli avtomobil satışları 9 milyonu keçdi – Çin liderliyini qoruyur.
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 12 milyon 650 min dollara çatdırıb.
Daha idman üslublu və süni intellektlə təchiz edilmiş fastback dizaynlı model, ilin sonunda Almaniyada da təqdim olunacaq.