Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsraildən Məscidül-Əqsanın açılmasını tələb etmişik - Qüdsün Latın Patriarxlığı

    1 Aprel 2026 14:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsraildən Məscidül-Əqsanın açılmasını tələb etmişik - Qüdsün Latın Patriarxlığı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Qüdsün Latın patriarxı, kardinal Pyerbattista Pizzaballa və patriarx müavini yepiskop Vilyam Şomali İsrail polisinin dini rituallara qoyduğu məhdudiyyətlərlə bağlı yeni detalları açıqlayıblar.

    VOA xəbər verir ki, Yepiskop Şomali "Al Jazeera"ya verdiyi müsahibədə bildirib ki, Patriarxlıq İsrail rəsmiləri ilə görüşdə 28 fevraldan – İrana qarşı müharibə başladıqdan bəri qapıları bağlı qalan Məscidül-Əqsanın müsəlmanların üzünə açılmasını tələb edib.

    İsrail hakimiyyətinin qərarına əsasən, Məscidül-Əqsa 15 aprel 2026-cı il tarixinə qədər ibadətə qapalı saxlanılacaq. Bu, 1967-ci ildən bəri müqəddəs məkanın bağlandığı ən uzun müddət kimi qiymətləndirilir. Latın Patriarxlığı bu addımı dünyadakı milyardlarla insanın dini hisslərinə qarşı hörmətsizlik adlandırıb.

    Yepiskop Şomali qeyd edib ki, beynəlxalq və regional təzyiqlər nəticəsində İsrail polisi Latın patriarxının Müqəddəs Qəbir kilsəsinə (Kilsə-i Qiyamə) girişinə qoyulan qadağanı ləğv edib. Belə ki, bu cümə axşamından etibarən məhdud sayda din xadiminin kilsədə ibadət etməsinə icazə veriləcək. Xatırladaq ki, ötən bazar günü kardinal Pizzaballa və onu müşayiət edən din xadimləri kilsəyə gedərkən İsrail polisi tərəfindən saxlanılmış və geri qaytarılmışdı.

    İsrail tərəfi məhdudiyyətləri müharibə şəraiti və sığınacaqların olmaması ilə əsaslandırsa da, yepiskop Şomali bu bəhanələri rədd edib. O vurğulayıb ki, patriarx xristianlar üçün ilin ən müqəddəs həftəsində duaların kəsilməməsi üçün bütün məsuliyyəti öz üzərinə götürərək ibadətini davam etdirmək qərarına gəlib.

    #Qüdsün Latın Patriarxlığı: Məscidül-Əqsanı müsəlmanların üzünə açın #Qüdsün Latın Patriarxlığı: Məscidül-Əqsanı müsəlmanların üzünə açınSon dəqiqə: İsrail Məscidül-Əqsanı 15 aprelə qədər bağlı saxlayacaq #Kardinal Pizzaballa ilə bağlı qadağa ləğv edildi: Qüdsdə gərgin danışıqlar #Yepiskop Vilyam Şomali: Məscidül-Əqsanın bağlanması dini hisslərin təhqiridir #Qüdsdə dini böhran: Xristian liderlərdən İsrail polisinə sərt etiraz #Müqəddəs Qəbir kilsəsində ibadətə məhdud icazə: Latın Patriarxlığından bəyanat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    27 Avqust 2026 12:56

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    İsrailin Livana zərbələri davam edir

    27 Avqust 2026 09:42

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37
    XƏBƏR LENTİ

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    Qətərin Baş nazirinin Tehran səfərində Hörmüz boğazı əsas mövzulardan biridir

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.