Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan cümə axşamı günü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası zamanı regionun üzləşdiyi çağırışlar fonunda İslam həmrəyliyinin zəruriliyini vurğulayıb.
O, Səudiyyə Ərəbistanının Fələstin məsələsinə uzunmüddətli və davamlı dəstəyini bir daha təsdiqləyib, habelə Əl-Əqsa məscidinə edilən təkrar basqın və hücumları qətiyyətlə pisləyib.
Bin Fərhan həmçinin regional çağırışların həllində İƏT-in gücləndirilməsinə və onun rolunun daha da irəlilədilməsinə dəstəyini ifadə edib.