BAKI,VOA
Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban xanım.
Doğum gününüz münasibətilə Argentinanın Azərbaycandakı səfirliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, həmçinin ölkəniz və Azərbaycan xalqı naminə göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.
Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikasının Azərbaycandakı səfirliyi arasında davamlı və səmərəli əməkdaşlığa görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrində uğurlardan şad olarıq.
Hörmətli Mehriban xanım, Sizə dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Xanım Birinci vitse-prezident.
Doğum gününüz münasibətilə Sizə Amerika Birləşmiş Ştatları adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Keçən il biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında əməkdaşlığın ölkələrimizin diplomatik münasibətlərinin qurulmasından etibarən ən yüksək səviyyəyə çatmasının şahidi olduq.
Prezident Donald Tramp tərəfindən 2025-ci ilin avqust ayında Ağ Evdə keçirilən Sammit üç onillik ərzində davam edən münaqişədən sonra regionda davamlı sülhün əsasını qoydu və ikitərəfli əlaqələrimizdə yeni dövrə doğru ilk addım oldu. O vaxtdan bəri biz ABŞ-Azərbaycan əlaqələrini fevral ayında Bakıda Vitse-prezident Cey. Di. Vensin və Prezident İlham Əliyevin imzaladıqları Xartiya ilə strateji tərəfdaşlığa yüksəltmişik. Vitse-prezident Cey. Di. Vens və Prezident İlham Əliyevlə birlikdə Sizinlə həmin tarixi gündə tədbirdə iştirak etmək mənim diplomatik karyeramın artıq ən xoş xatirələrindən biridir.
Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ticarət, mədəniyyət, təhsil və təhlükəsizlik əlaqələrinin inkişaf etməsinə çalışdığımız bir vaxtda keçən il ərzində hər iki istiqamətdə yüksəksəviyyəli rəsmilərin misli görünməmiş sayda səfərlərinin şahidi olduq.
Ölkələrimizin qarşılıqlı faydası naminə ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə əhəmiyyətli fəaliyyətimizin davam edəcəyinə ümidvaram. Bir daha Sizə və ailənizə qarşıdan gələn illərdə cansağlığı və xoşbəxtlik arzulayıram".
xxx
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Əzizimiz Mehriban xanım.
Sizi Dünya Azərbaycanlı Alimlər Birliyinin bütün üzvləri adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin həyat amallarınız, humanistliyiniz, nəcibliyiniz, Azərbaycan elminin hər bir sahəsinin inkişafı üçün gördüyünüz çox əhəmiyyətli işlər biz xaricdə yaşayan azərbaycanlı alimlərin Vətənimizlə bağlılığını daha da gücləndirir.
Almaniyada və Azərbaycanda müxtəlif dövlət tədbirləri zamanı Sizinlə bir araya gəlmiş şəxs olaraq deyə bilərəm ki, tanıdığımız Nobel mükafatı laureatlarının siyasi xadim və nəcib şəxsiyyət kimi haqqınızda söylədikləri xoş sözlər hamımız üçün qürur mənbəyidir.
Sizin bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə Özbəkistana səfəriniz zamanı iştirak etdiyiniz tədbirlər, sözün əsl mənasında, bir tarixdir. Bu həm də cənab Prezidentimizin dediyi kimi türk millətləri ailəmizə çox böyük töhfədir.
Hörmətli Mehriban xanım, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".
xxx
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının rəhbəri Arif Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Əziz və çox hörmətli Mehriban xanım.
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Müasir Azərbaycanın dövlət idarəçiliyində, sosial, humanitar və mədəni inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində mühüm və əvəzsiz xidmətlərinizi qeyd etmək bizim üçün çox dəyərlidir.
Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətlərinin yerinə yetirilməsində cənab Prezident İlham Əliyevlə birlikdə Azərbaycanımızda və onun hüdudlarından kənarda gördüyünüz genişmiqyaslı işlər, həyata keçirdiyiniz humanist və xeyriyyəçilik fəaliyyəti, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrin inkişafına verdiyiniz töhfələr dünya səviyyəsində yüksək qiymətləndirilir.
Çox hörmətli Mehriban xanım, fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq".
xxx
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Çox hörmətli Mehriban xanım.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.
Siz şərəfli və xalqımız üçün önəmli olan həyat yolu keçmisiniz. Sizin çoxşaxəli fəaliyyətiniz nəticəsində ölkəmizin mənəvi, mədəni və sosial həyatında, şəhərlərimizin və xüsusən paytaxtımız Bakının inkişafında böyük dəyişikliklər baş verir.
Bu gün Siz müasir dünyanın və xüsusən iqtisadiyyatın tərəqqisi üçün vacib olan informasiya texnologiyalarının Azərbaycanda inkişafına rəhbərlik edirsiniz. Bunlar Sizin dərin intellektinizdən, müasir düşüncənizdən və dünyada gedən prosesləri diqqətdə saxlamağınızdan xəbər verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən işlərdə Sizin xüsusi xidmətiniz var. Bu yaxınlarda cənab Prezidentlə birlikdə Naxçıvana səfəriniz, bu gün Qarabağdan ucalan və hər kəsi valeh edən muğam səsləri, Şuşa şəhərində keçirilən və Azərbaycan xalqının mədəni dəyərlərini dünyaya tanıdan silsilə tədbirlər Sizin davamlı fəaliyyətinizin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Özbəkistana səfəriniz zamanı İslam mədəniyyətinin dəyərlərinə göstərdiyiniz maraq, ölkəmizin mədəni-mənəvi irsini növbəti dəfə dünyaya tanıtmağınız bir daha Sizin daxili dünyanızın zənginliyindən xəbər verir.
Hörmətli Mehriban xanım, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, ölkəmiz naminə gördüyünüz çox mühüm işlərində böyük müvəffəqiyyətlər diləyirəm".
xxx
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimi qəbul edin.
Çoxillik səmərəli əməyiniz, xüsusi peşəkarlığınız və Azərbaycan Respublikasına sədaqətli xidmətiniz Sizə Vətəndə və onun hüdudlarından kənarda layiqli hörmət qazandırmışdır. Enerjiniz, insanlara diqqətiniz və yüksək mənəvi ideallara daimi sadiqliyiniz sayəsində sosial, mədəni və xeyriyyə sahələrində ictimai həmrəyliyin möhkəmləndirilməsinə və Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına xidmət edən genişmiqyaslı təşəbbüslər həyata keçirilir.
Rusiyada Sizin Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına, ölkələrimizin xalqları arasında ənənəvi mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz yüksək qiymətləndirilir. Əminəm ki, ikitərəfli əlaqələr bundan sonra da yeni məzmunla zənginləşəcək, mühüm layihələrin həyata keçirilməsində praktiki ifadəsini tapacaq.
Əziz Mehriban xanım, aramızda isti dostluq münasibətlərinin yaranmasından çox şadam. Sizin ziyalılığınız, heyrətamiz zərifliyiniz və daxili ləyaqətiniz həmişə ən xoş təəssüratlar bəxş edən etimadlı dialoqa zəmin yaradır.
Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və yeni uğurlar arzu edirəm. Qoy Sizi həmişə doğmalarınızın sevgisi və qayğısı əhatə etsin, həmkarlarınızın və dostlarınızın dəstəyi isə bütün xeyirxah təşəbbüslərinizin həyata keçirilməsinə kömək etsin.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Doğma Vətəninin əsl vətənpərvəri, böyük hərflə yazılan həkim, dünyanı yaxşılığa doğru dəyişmək bacarığına malik əsl passionar kimi Siz hər zaman insanların rifahı naminə çalışır, tibbin, elmin, ali təhsilin və dövləti fəaliyyətin yüksək ideallarına xidmət edirsiniz.
Siz peşəkar yolunuza Seçenov Universitetinin divarları arasından başlayaraq, alma-materinizə sadiq qalırsınız. Sizin qətiyyətiniz, müdrikliyiniz və fəal mövqeyiniz sayəsində artıq bir neçə nəsil gənc mütəxəssis, – Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları, – Azərbaycanın səhiyyə sistemində çalışır və ölkədə gələcəyin səhiyyəsini formalaşdırırlar.
Qoy növbəti il Sizə yeni peşəkar qələbələr və bütün təşəbbüslərinizdə uğurlar gətirsin.
Sizə işlərinizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".
xxx
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Çox hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu gün Sizə sonsuz hörmətimi və dəyərli şəxsiyyətinizə, doğma Azərbaycana yorulmaz xidmətinizə səmimi heyranlığımı ifadə etmək üçün gözəl fürsətdir.
Sizin həyat yolunuz ən yüksək peşəkarlığın, müdrikliyin və mənəvi səxavətin ahəngdar vəhdətinin heyrətamiz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti vəzifəsində zəngin mədəni irsin qorunmasına və genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz Sizə xalqın dərin ehtiramını və sevgisini qazandırmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı kimi Siz ləyaqətin, məsuliyyətin və ölkənin gələcəyinə yorulmaz qayğının təcəssümüsünüz. Sizin enerjiniz və quruculuq səyləriniz Azərbaycan dövlətçiliyinin inkişafı və onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üçün sarsılmaz təməl rolunu oynayır.
İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, xoşbəxtlik və rifah arzulayım. Qoy bütün nəcib təşəbbüsləriniz və planlarınız uğurla həyata keçsin, insanlara bəxş etdiyiniz sevgi və qayğı Sizə qat-qat artıq qayıtsın. Sizə, Sizin böyük və gözəl ailənizə sülh, firavanlıq arzulayıram".
xxx
Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Viner Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Çox hörmətli Mehriban xanım.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin həyatınız ölkənizə və xalqınıza fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə möhtəşəm sosial proqramlar həyata keçirilir, səhiyyə, təhsil və mədəniyyət inkişaf edir, ölkənin beynəlxalq nüfuzu möhkəmlənir. Siz Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edərək idmanın inkişafına, dünya səviyyəli idmançıların hazırlanmasına və nüfuzlu yarışların keçirilməsinə əvəzsiz töhfə vermisiniz.
Sizə həyatınızda daim sevinc arzulayıram. Özünüz üçün arzuladığınız hər şeyin Sizə nəsib olmasını diləyirəm. Hər zaman təravətli qalın, sağlam, xoşbəxt, gözəl və sevilən olun. Hər zaman, hər yerdə və hər işdə uğurlar Sizi müşayiət etsin. Böyük Azərbaycana, şəxsən Sizə, ailənizə və sevdiyiniz hər kəsə rifah və firavanlıq arzulayıram".
xxx
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı!
VTB Bankın İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Uzun illərdir ki, Siz məsul vəzifələrdə çalışaraq Azərbaycanın tərəqqisinə yorulmadan xidmət edirsiniz. Sizin fəaliyyətiniz ən geniş səviyyədə yüksək qiymətləndirilmişdir.
Hörmətli Mehriban Arif qızı, Sizə bütün təşəbbüslərinizin uğurla həyata keçirilməsini, möhkəm cansağlığı, sülh və ailənizə firavanlıq arzulayıram".
xxx
Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin həyatınız və fəaliyyətiniz Vətəninizə fədakar xidmətin, humanist ideallara sədaqətin və Azərbaycan xalqının mənəvi irsinə dərin ehtiramın nümunəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində Siz ölkənin sosial-iqtisadi inkişafına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verirsiniz.
Fəaliyyətiniz məsuliyyət, ardıcıllıq və insanları mühüm quruculuq məqsədləri ətrafında birləşdirmək bacarığı ilə səciyyələnir.
Sizin uzun illər ərzində həyata keçirdiyiniz humanitar və xeyriyyəçilik fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və sosial dəstək sahələrində genişmiqyaslı layihələr həyata keçirir.
Bu təşəbbüslər sayəsində uşaqlar və ailələr yardım alır, tarixi abidələr qorunur, məktəblər və tibb müəssisələri açılır, Azərbaycanın zəngin mədəni irsi isə beynəlxalq aləmdə daha geniş tanınır.
Sizi güclü dövlət xadimi, yüksək mədəniyyətə və nadir şəxsi cazibəyə malik insan kimi tanıyırlar.
Siz ölkəyə məsuliyyətli xidmətinizi ailəyə, milli ənənələrə və əbədi mənəvi dəyərlərə qayğıkeş münasibətlə layiqincə uzlaşdırırsınız.
Hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və tükənməz enerji arzulayıram".
xxx
Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin mərhəmət və humanizm idealları naminə yorulmaz fəaliyyətiniz, İslam dünyasının zəngin mədəni və mənəvi irsinin qorunmasına göstərdiyiniz qayğı səmimi heyranlıq hissi doğurur.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və ailə səadəti arzulayıram. Qoy Uca Tanrı Sizin evinizə hər zaman əmin-amanlıq, harmoniya və firavanlıq bəxş etsin".