#Kardinal Pizzaballa ilə bağlı qadağa ləğv edildi: Qüdsdə gərgin danışıqlar

Qüdsün Latın patriarxı, kardinal Pyerbattista Pizzaballa və patriarx müavini yepiskop Vilyam Şomali İsrail polisinin dini rituallara qoyduğu məhdudiyyətlərlə bağlı yeni detalları açıqlayıblar. Yepiskop Şomali "Al Jazeera"ya verdiyi müsahibədə bildirib ki, Patriarxlıq İsrail rəsmiləri ilə görüşdə 28 fevraldan – İrana qarşı müharibə başladıqdan bəri qapıları bağlı qalan Məscidül-Əqsanın müsəlmanların üzünə açılmasını tələb edib.