Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İordaniyanın paytaxtı Əmmanda Suriya və İsrail nümayəndə heyətləri arasında keçirilən son görüş iki ölkə arasında təhlükəsizlik razılaşmasının əldə olunması ehtimalını yenidən gündəmə gətirib.

    Görüşdə Suriyanın cənubundakı vəziyyət və avqustun 22-də İsrailin Əbu Zühur hərbi hava limanına endirdiyi zərbə müzakirə olunub. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib. İsrail tərəfdən isə Mossad rəhbəri Roman Qofman nümayəndə heyətinə başçılıq edib.

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi? İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Məlumata görə, Vaşinqton İsrailin Suriyaya hücumunun yeni eskalasiyaya deyil, danışıqlarda dönüş nöqtəsinə çevrilməsinə çalışır. Bu məqsədlə İordaniya vasitəsilə Suriya-İsrail danışıqlarının yenidən canlandırılması gündəmə gətirilib.

    Suriya hökuməti ölkənin ərazi bütövlüyünün bərpasını və xarici qüvvələrin ölkə ərazisindən çıxmasını əsas prioritetlərdən biri hesab edir. İsrail isə hazırkı mərhələdə tammiqyaslı razılaşmadan daha çox, ABŞ və beynəlxalq təminatlarla mərhələli təhlükəsizlik razılaşmasına üstünlük verir.

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Suriya və İsrail arasında danışıqlar ötən il Parisdə başlamışdı. Məqsəd Bəşşar Əsəd rejiminin devrilməsindən sonra İsrailin Suriya ərazisində ələ keçirdiyi mövqelərdən geri çəkilməsini nəzərdə tutan müvəqqəti təhlükəsizlik razılaşmasına nail olmaq idi. Lakin tərəflər arasındakı fikir ayrılıqları və sonrakı regional münaqişələr danışıqların dayanmasına səbəb olmuşdu.

    İordaniya isə ABŞ-la koordinasiya şəraitində danışıqların bərpasında vasitəçi rolunu gücləndirməyə çalışır. Ammanın əsas məqsədlərindən biri Suriyanın cənubunda sabitliyin təmin edilməsi və İsrail qüvvələrinin 2024-cü ilin dekabrından sonra ələ keçirdiyi ərazilərdən çıxmasının təmin olunmasıdır.

    Analitiklər bildirir ki, İsrailin Suriyanın cənubundan çəkilməsi ölkənin ərazi bütövlüyünün möhkəmlənməsinə və Süveyda bölgəsindəki böhranın əsas səbəblərindən birinin aradan qaldırılmasına şərait yarada bilər.

    Diplomatik dairələrdə ABŞ-ın fəal iştirakı ilə müvəqqəti Suriya-İsrail razılaşmasının yaxın müddətdə mümkün ola biləcəyinə dair nikbinlik yaranıb. Lakin bunun reallaşması böyük ölçüdə İsrail Baş naziri Benyamin Netanyahunun daxili siyasi və seçki hesablamalarından asılı olacaq.

    #Benyamin Netanyahu #Suriya ərazi bütövlüyü #Yaxın Şərq diplomatiyası #ABŞ-ın Suriya siyasəti #Qolan Təpələri #Əsəd əş-Şeybani #İsrail-Suriya münasibətləri #Suriya-İsrail danışıqları #İordaniya görüşü #Suriya İsrail razılaşması #Əmman danışıqları #İsrailin Suriyadan çıxması #İsrail Suriyanın cənubu #Süveyda böhranı #Suriya təhlükəsizlik razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək - Netanyahu

    26 Avqust 2026 18:22

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    26 Avqust 2026 09:42

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03

    İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

    25 Avqust 2026 19:08

    Netanyahu beynəlxalq etirazlardan necə siyasi qazanc götürə bilər?

    24 Avqust 2026 18:16

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02
    XƏBƏR LENTİ

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    Qətər ərzaq təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.