Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzza və Suriyadan geri çəkilməyəcəyik - İsrail XİN

    24 Dekabr 2025 10:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza və Suriyadan geri çəkilməyəcəyik - İsrail XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin xarici işlər naziri Katz nə Qəzza zolağından, nə də Suriyadan geri çəkiləcəklərini bildirib.

    AzerVoice xəbər verir ki, Yaxın Şərqdəki demək olar ki, bütün gərginliklərin tərəfi olan İsrail bölgədəki zorakı siyasətindən imtina etməyəcəyinə dair siqnallar verir. Xarici işlər naziri İsrael Katz işğal altındakı İordan çayının qərb sahilində 1200 yeni yaşayış məntəqəsinin inşasını nəzərdə tutan razılaşmanın imzalanma mərasimində çıxış edərək, Qəzza və Suriyadan çəkilməyəcəklərini deyib.

    Beyt-El yəhudi yaşayış məntəqəsində danışan Katz Qəzza zolağının şimalında yaşayış məntəqələrinin yenidən qurulacağını bildirib. İsrail əsgərləri tərəfindən yaradılan hərbi–kənd təsərrüfatı yaşayış məntəqələrinə istinad edərək deyib: “Vaxtı çatanda, Tanrının izni ilə, Qəzzanın şimalında kökündən sökülüb atılmış icmaların yerinə Nahal ön karakollarını quracağıq. Bunu düzgün şəkildə və uyğun zamanda edəcəyik.”

    Lakin saatlar sonra Katzın ofisi düzəliş edərək “hökumətin Qəzza zolağında yaşayış məntəqələri qurmaq niyyətinin olmadığını” açıqlayıb. Katzın Qəzzanın şimalına öncü qrupların göndərilməsi ilə bağlı açıqlamalarının “yalnız təhlükəsizlik kontekstində edildiyi” vurğulanıb.

    HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, ikinci mərhələdən sonra İsrail ordusunun Qəzzadakı bütün bölgələri tərk etməsi tələb olunur. Qəzza planının birinci mərhələsində işğal etdiyi ərazilərdən qismən çəkilən İsrail ordusu, ikinci mərhələdən öncə Qəzza zolağının yarısını hələ də işğal altında saxlayır. Katsın bəhs etdiyi İsrail ordusuna bağlı Nahal proqramları hərbi xidməti mülki icma həyatı ilə birləşdirməyi hədəfləyir. Digər tərəfdən, “Peace Now” (İndi Sülh) adlı vətəndaş cəmiyyəti təşkilatı Katzın Qəzzada yaşayış məntəqələrinin qurulmasına verdiyi dəstəyə görə sərt bəyanat yayıb. Təşkilat bu cür bəyanatların reallıqdan uzaq olduğunu və ifrat sağçı dairələrlə üst-üstə düşdüyünü bildirib.

    İsrailli nazir Qəzza zolağı ilə yanaşı, “bir millimetr belə geri addım atmayacağıq” ifadəsini işlədərək Suriyadan da çıxmayacaqlarını iddia edib. İsrail ordusu Suriyada Əsəd rejiminin devrilməsindən sonra keçən bir il ərzində 12 min dönüm ərazini işğal etmiş, strateji əhəmiyyət daşıdığı deyilən Şeyx dağı da daxil olmaqla doqquz hərbi baza qurmuşdu.

    #Qəzza #Qəzza zolağı #Suriya #İsrael Katz #Qəzza hücumu #Suriya xəbərləri #Suriya münaqişəsi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.