Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İsrail qüvvələri Suriyanın cənub-qərbində yerləşən Qüneytrə vilayətinin şimal kəndlərindən biri olan Tərəncə kəndinə daxil olaraq yaşayış evlərindən birində axtarış aparıb. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

    VOA xəbər verir ki, basqın İsrail qüvvələrinin bölgəyə daxil olması zamanı həyata keçirilib. İsrail hərbçilərinin evdə axtarış apardığı bildirilsə də, əməliyyatın nəticələri barədə əlavə məlumat verilməyib.

    Məlumatda İsrail qüvvələrinin kənddə nə qədər qaldığı, hər hansı şəxsin saxlanılıb-saxlanılmadığı və ya ərazidə başqa əməliyyatların keçirilib-keçirilmədiyi açıqlanmayıb.

    Hadisə İsrail qüvvələrinin Suriyanın cənubundakı hərbi fəaliyyətlərinin davam etdiyi bir vaxta təsadüf edir. Son dövrdə Qüneytrə vilayətində İsrail qüvvələrinin əraziyə daxil olması və müxtəlif yaşayış məntəqələrində əməliyyatlar keçirməsi barədə məlumatlar yayılıb.

    Bu arada Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqin İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışdığını bildirib.

    Əş-Şaraanın sözlərinə görə, mümkün təhlükəsizlik razılaşması hərtərəfli sülhə yol aça bilər. Bununla yanaşı, Suriya Prezidenti Dəməşqin işğal altında olan Colan yüksəkliklərinə hüququndan imtina etməyəcəyini vurğulayıb.

    #İsrail #Suriya #Dəməşq #Əhməd əş-Şaraa #Colan yüksəklikləri #Qüneytrə #Tərəncə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    27 Avqust 2026 19:43

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50
    XƏBƏR LENTİ

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.