Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Vəliəhd şahzadə Məhəmməd bin Salman Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının rəhbərliyi ilə görüşüb

    20 Noyabr 2025 10:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vəliəhd şahzadə Məhəmməd bin Salman Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının rəhbərliyi ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Cohnson, eləcə də müxtəlif komitə rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirib.

    AzerVoice xəbər verir ki, Saudi Press Agency-nin məlumatına görə, görüşlər zamanı tərəflər regional və beynəlxalq proseslər, təhlükəsizlik məsələləri və ABŞ–Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sektorlar üzrə genişləndirilməsi barədə müzakirələr aparıblar. Amerikalı rəsmilər iki ölkə arasındakı tarixi strateji tərəfdaşlığa sadiq olduqlarını vurğulayıblar.

    Vəliəhd şahzadənin ABŞ-a səfərinin əsas məqsədləri arasında müdafiə, enerji layihələri, strateji sənaye tərəfdaşlığı və süni intellekt sahələrində əməkdaşlığın dərinləşdirilməsi yer alır. Səfər zamanı onu kabinetin yüksək səviyyəli üzvləri müşayiət edib.

    Görüşlərdə Səudiyyə tərəfdən Energetika naziri şahzadə Əbdüləziz bin Salman, ABŞ-dakı səfir şahzadə Rima bint Bəndər, xarici işlər naziri Feysəl bin Fərhan, milli təhlükəsizlik müşaviri Musaid əl-Ayban, ticarət naziri Macid əl-Qasabi, dövlət naziri Məhəmməd Al əş-Şeyx, maliyyə naziri Məhəmməd əl-Cədan və ABŞ–Səudiyyə Tərəfdaşlıq Şurasının baş katibi Məhəmməd ət-Tuvaycri iştirak edib.

    Görüşlər ABŞ qanunverici orqanı ilə Səudiyyə rəhbərliyi arasında siyasi və təhlükəsizlik koordinasiyasının yeni mərhələsini formalaşdırdığı kimi, Vaşinqton ilə Ər-Riyad arasında institusional əməkdaşlığın genişləndirilməsinə dair mesaj kimi qiymətləndirilir.

    #Məhəmməd bin Salman #Vaşinqton #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri #ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı #Səudiyyə Ərəbistanının vəliəhdi #Vəliəhd şahzadə Məhəmməd bin Salman #ABŞ Səudiyyə müdafiə əməkdaşlığı #ABŞ-Səudiyyə silah satışı #ABŞ Konqresi Səudiyyə danışıqları #ABŞ Nümayəndələr Palatası Yaxın Şərq siyasəti #Riyad Vaşinqton müdafiə layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

    28 Avqust 2026 11:40

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.