Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləziz Ər-Riyadda ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulos ilə görüş keçirib. Görüş zamanı tərəflər Səudiyyə–ABŞ ikitərəfli münasibətlərini nəzərdən keçirib, regionda baş verən son prosesləri, sülhün təşviqi istiqamətində görülən davamlı səyləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
#ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın bütün tərəfdaşlarla birlikdə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması istiqamətində səylərini davam etdirəcəyini bir daha bəyan edib. Hökumət həmçinin İsrail ordusunun Qəzzadan tam çıxmasının vacibliyini vurğulayıb. Rabitə və sərmayə mövzuları, eləcə də regiondakı vəziyyət Riyadda keçirilən iclasda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfərinin nəticələri fonunda müzakirə olunub. Vəliəhd şahzadə səfər çərçivəsində prezident Donald Tramp, Konqres rəhbərliyi və Senat üzvləri ilə görüşərək iki ölkə arasındakı tarixi tərəfdaşlığın gücləndirilməsini diqqətə çatdırıb.
ABŞ-də təhsil alan Səudiyyəli mütəxəssislər ölkəyə geri qayıdaraq aviasiya, mühəndislik və tibb sahələrində Krallığın insan kapitalını gücləndirir və Vision 2030 hədəflərinə uyğun kadr hazırlığını sürətləndirirlər.
Səudiyyə Ərəbistanı İbrahim razılaşmalarına qoşulmaq üçün ABŞ-la aparılan diplomatik danışıqlarda müstəqil Fələstin dövlətinin yaradılması məsələsini əsas şərt kimi irəli sürüb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Cohnson, eləcə də müxtəlif komitə rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirib. Saudi Press Agency-nin məlumatına görə, görüşlər zamanı tərəflər regional və beynəlxalq proseslər, təhlükəsizlik məsələləri və ABŞ–Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sektorlar üzrə genişləndirilməsi barədə müzakirələr aparıblar. Amerikalı rəsmilər iki ölkə arasındakı tarixi strateji tərəfdaşlığa sadiq olduqlarını vurğulayıblar.
Səudiyyə Ərəbistanında Kral Abdullah Elm və Texnologiya Universiteti (KAUST) Yaxın Şərqin ən güclü superkompüteri hesab olunan “Shaheen III” sistemini təqdim edib.
Səudiyyə Ərəbistanı və ABŞ süni intellekt sahəsində Strateji Tərəfdaşlıq haqqında saziş imzalayıb. Tərəflərin xarici işlər nazirləri bu addımı iki ölkə münasibətlərində "yeni mərhələ açan tarixi addım" kimi qiymətləndiriblər.
Səudiyyə Ərəbistanı ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Səlman arasında Ağ Evdə keçirilən görüşdən sonra məlumat verilib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman 18 noyabr çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və regional böhranların idarə olunması kimi iki ölkə münasibətlərini əhatə edən əsas məsələləri müzakirə edəcəyi gözlənilir. Bin Salmanın səfəri, 2018-ci ildən sonra ABŞ-a edəcəyi ilk rəsmi ziyarət olması ilə diqqət çəkir.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu ay Vaşinqtona səfəri siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Səfər Səudiyyə-ABŞ münasibətlərinin yeni mərhələdə formalaşması üçün imkan açır və Krallığın mürəkkəb regional məsələləri ağıllı şəkildə idarə etmək bacarığını nümayiş etdirir.
Təl-Əvivdəki siyasi dairələr İsrailin baş naziri Benyamin Netanyahunun misilsiz strateji addımlar atdığını açıqlayıb. O, qanuna əsasən 2026-cı il noyabrın 3-də keçirilməsi planlaşdırılan Knesset seçkilərini iyun ayına çəkməyi hədəfləyir.
Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.