#Vəliəhd şahzadə Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salman Qəzza zolağında yaranmış ağır humanitar vəziyyətlə əlaqədar yardım tədbirlərinin genişləndirilməsi barədə göstəriş veriblər. Bu çərçivədə hava, dəniz və quru yolları ilə həyata keçirilən yardımın intensivləşdirilməsi tapşırılıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Cohnson, eləcə də müxtəlif komitə rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirib. Saudi Press Agency-nin məlumatına görə, görüşlər zamanı tərəflər regional və beynəlxalq proseslər, təhlükəsizlik məsələləri və ABŞ–Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sektorlar üzrə genişləndirilməsi barədə müzakirələr aparıblar. Amerikalı rəsmilər iki ölkə arasındakı tarixi strateji tərəfdaşlığa sadiq olduqlarını vurğulayıblar.

18 noyabr tarixində vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona nəzərdə tutulan səfəri, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə sülh siyasətinin formalaşdırılmasında aparıcı rolunun anlaşılması baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Bu səfər, Fələstin məsələsi, Qəzzadakı hadisələr və ABŞ-ın “İbrahim Sazişləri”nin genişləndirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının həmin sazişlərə daxil edilməsi üçün göstərdiyi təzyiqlərin fonunda baş tutur.