#ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləziz Ər-Riyadda ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulos ilə görüş keçirib. Görüş zamanı tərəflər Səudiyyə–ABŞ ikitərəfli münasibətlərini nəzərdən keçirib, regionda baş verən son prosesləri, sülhün təşviqi istiqamətində görülən davamlı səyləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın bütün tərəfdaşlarla birlikdə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması istiqamətində səylərini davam etdirəcəyini bir daha bəyan edib. Hökumət həmçinin İsrail ordusunun Qəzzadan tam çıxmasının vacibliyini vurğulayıb. Rabitə və sərmayə mövzuları, eləcə də regiondakı vəziyyət Riyadda keçirilən iclasda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfərinin nəticələri fonunda müzakirə olunub. Vəliəhd şahzadə səfər çərçivəsində prezident Donald Tramp, Konqres rəhbərliyi və Senat üzvləri ilə görüşərək iki ölkə arasındakı tarixi tərəfdaşlığın gücləndirilməsini diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Cohnson, eləcə də müxtəlif komitə rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirib. Saudi Press Agency-nin məlumatına görə, görüşlər zamanı tərəflər regional və beynəlxalq proseslər, təhlükəsizlik məsələləri və ABŞ–Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sektorlar üzrə genişləndirilməsi barədə müzakirələr aparıblar. Amerikalı rəsmilər iki ölkə arasındakı tarixi strateji tərəfdaşlığa sadiq olduqlarını vurğulayıblar.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman 18 noyabr çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və regional böhranların idarə olunması kimi iki ölkə münasibətlərini əhatə edən əsas məsələləri müzakirə edəcəyi gözlənilir. Bin Salmanın səfəri, 2018-ci ildən sonra ABŞ-a edəcəyi ilk rəsmi ziyarət olması ilə diqqət çəkir.