Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Əzm Flotiliyasına hücum edərək cinayət işləyib - HƏMAS

    2 Oktyabr 2025 14:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Əzm Flotiliyasına hücum edərək cinayət işləyib - HƏMAS
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    HƏMAS, İsrailin mühasirə və hücumları altındakı Qəzza zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Flotiliyasına İsrail ordusunun hücumunu pisləyib.

    AzerVoice xəbər verir ki, HƏMAS tərəfindən yayımlanan açıqlamada, İsrail ordusunun Qəzzaya yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasındaki gəmilərə hücum etməsi, aktivistləri və jurnalistləri saxlaması "xəyanətkar hücum, quldurluq cinayəti və terror aktı" kimi qiymətləndirilib.

    Açıqlamada bildirilib ki, İsrail artıq 2 ildir Qəzzada soyqırım və aclıq siyasəti yürüdür və mühasirədə olan fələstinlilərə təcili humanitar yardım çatdırmaq üçün yola çıxan donanmadakı gəmilərə və beynəlxalq aktivistlərə hücum, "işğalçı İsrailin cinayətlər siyahısına əlavə olunub."

    Açıqlamada həmçinin donanmada iştirak edən aktivistlərin cəsarəti və fələstinlilərə qarşı tətbiq edilən mühasirəni qırmaq əzmi alqışlanıb, "dünyanın azad xalqları" İsrailin donanmaya hücumunu qınamaq üçün aksiyalar keçirməyə çağırılıb.

    BMT və beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışda isə, İsrailin bu hücumunun qətiyyətlə qınanması, donanmadakı aktivistlərin qorunması, Fələstin xalqına qarşı həyata keçirilən soyqırım və aclıq siyasətinə son qoyulması tələb olunub.

    Xatırladaq ki, 40-dan çox gəmidən ibarət və 500-ə yaxın iştirakçını əhatə edən Qlobal Əzm Donanması İsrailin Qəzza blokadasına qarşı ən böyük mülki müqavimət təşəbbüslərindən biri hesab olunur. Çərşənbə günü axşamı İsrail qüvvələri beynəlxalq sularda 13 gəmini ələ keçirərək 37 ölkədən 200-dən çox şəxsi saxlayıb. Hadisə dünya miqyasında etirazlara və diplomatik gərginliyə səbəb olub.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və HƏMAS müharibəsi #HƏMAS girovları #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Fələstin-İsrail iki dövlətli həll
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27
    XƏBƏR LENTİ

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.