BAKI,VOA,Vüsalə Əzimzadə
Qətər və Pakistan əmək və insan resurslarının inkişafı sahəsində davamlı strateji tərəfdaşlıq qurmağa hazırlaşır.
VOA məlumat verir ki,Pakistanın Xaricdəki Vətəndaşlar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn bildirib ki, ölkələr ənənəvi işçi qüvvəsinin cəlb edilməsindən kənara çıxaraq sertifikatlaşdırılmış bacarıqlar, məsuliyyətli məşğulluq və əmək bazarının tələblərinə uyğun miqrasiya əsasında əməkdaşlıq etməyi planlaşdırır.
Nazirin sözlərinə görə, Pakistan hazırda işçilərin sayını artırmaqdan daha çox ixtisaslı əmək qüvvəsinin keyfiyyətinin yüksəldilməsinə və peşə hazırlığının Qətərin 2030-cu il Milli Baxışının tələblərinə uyğunlaşdırılmasına diqqət yetirir.
O qeyd edib ki, işçilərin Qətərə getməzdən əvvəl yerli mədəniyyət, qanunlar və iş mühiti ilə bağlı məcburi təlim və maarifləndirmə kurslarından keçməsi tətbiq olunub.