#HƏMAS girovları

Qəzzanın gələcəyi ilə bağlı müzakirələr İsrailin “təcavüzünün” tam dayandırılması ilə başlamalıdır. Bu barədə Fələstin hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasından sonra bəyan edib. “Qəzza zolağı və Fələstin xalqımızın gələcəyi ilə bağlı müzakirə olunan hər hansı siyasi proses və ya razılaşma İsrailin təcavüzünün tam dayandırılması, blokadanın aradan qaldırılması və xalqımızın qanuni milli hüquqlarının – ilk növbədə azadlıq və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması ilə başlamalıdır.”- HƏMAS cümə axşamı yaydığı açıqlamada qeyd edib.

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

HƏMAS hərəkatı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin beynəlxalq birliyin səssizliyi fonunda insanlıq dışı rəftara məruz qaldığını bəyan edib. HƏMAS tərəfindən yayımlanan yazılı açıqlamada fələstinli məhbusların sistematik işkəncə, pis rəftar və ağır həyat şəraiti ilə üz-üzə olduğu bildirilir. Hərəkat beynəlxalq ictimaiyyəti bu acılara son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb. Açıqlamada qeyd olunur ki, həbsxanalarda tətbiq edilən fiziki və psixoloji təzyiqlər, qəsdən tibbi laqeydlik və ailə görüşlərinə qoyulan qadağalar insanlıq vicdanını sarsıdan həddə çatıb.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Bəssam Naim müharibədən sonrakı Qəzzanı idarə etmək üçün texnokratik komitənin yaradılmasını müsbət addım kimi qiymətləndirib. Misirin vasitəçiliyi ilə elan edilən 15 nəfərlik Fələstin texnokratik komitəsi ABŞ Prezidenti Donald Trampın rəhbərlik edəcəyi "Sülh Şurası"nın nəzarəti altında fəaliyyət göstərəcək. Bəssam Naim bildirib ki, bu komitənin qurulması atəşkəsin möhkəmləndirilməsi, müharibənin yenidən başlamasının qarşısının alınması və humanitar böhranın həlli üçün həlledici əhəmiyyət kəsb edir. O, HƏMAS-ın Qəzza zolağının idarəçiliyini milli keçid komitəsinə təhvil verməyə və onun fəaliyyətinə şərait yaratmağa hazır olduğunu vurğulayıb.

HƏMAS hərəkatının rəhbərliyi yanvar ayının ilk on günlüyündə keçirilməsi planlaşdırılan Siyasi Şura rəhbəri seçkilərini təxirə salmaq barədə qərar qəbul edib. Asharq Al-Awsat" qəzetinə danışan hərəkat daxilindəki yüksək rütbəli mənbələr səsvermənin "növbəti bildirişə qədər" təxirə salındığını bildiriblər. Yeni tarix hələ müəyyən edilməsə də, seçkilərin hər an keçirilə biləcəyi qeyd olunub. Mənbələrdən biri təxirə salınma səbəbini regiondakı təhlükəsizlik və siyasi şərait, eləcə də hərəkatın hazırda ABŞ və regional vasitəçilərin iştirakı ilə davam edən atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara fokuslanması ilə əlaqələndirib. Bununla yanaşı, Qəzza zolağında təşkilati tənzimləmələrlə bağlı daxili fikir ayrılıqlarının da qərara təsir etdiyi vurğulanır.

HƏMAS bildirib ki, İsrail ordusu Qəzzədəki atəşkəs razılaşmasını sistemli şəkildə pozur və vasitəçilərə dərhal müdaxilə, ABŞ-a isə İsrailin öhdəliklərini yerinə yetirməsini tələb etmək çağırışı edib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu Sarı Xətt boyunca hər gün qərbə doğru irəliləyərək işğalını genişləndirir. Bu səbəbdən bölgədə yeni kütləvi köçlər baş verir, Qəzzə Səhrasının şərq hissələrinə edilən hava hücumları və artilleriya atəşləri isə atəşkəsin açıq şəkildə pozulması deməkdir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ordunun məşhur generallarından biri olan Devid Petrayus Yaxın Şərqdə dəyişən siyasi mənzərə, Suriya ilə yeni münasibətlər və Qəzzada gələcək təhlükəsizlik modeli barədə geniş təhlil təqdim edir. Onun sözlərinə görə, Donald Trampın qeyri-ənənəvi, bəzən sərt görünən diplomatiyası müəyyən hallarda real nəticələr verib və bu siyasətin əsas məntiqi təzyiq ilə strateji praqmatizmi birləşdirməkdir.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır. Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz. Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.

İsrailin nəqliyyat və rabitə naziri Miri Reqev, HƏMAS-ın Qəzzadakı keçmiş lideri Yəhya Sinvarın cəsədinin yandırılmasını təklif edib. Nazir bu fikri hökumətin təhlükəsizlik kabinetinin son iclasında səsləndirərək bildirib ki, “bəzən elə simvollar olur ki, onların geri qaytarılması yolverilməzdir.” Reqev iclasda ABŞ-ın 2011-ci ildə “Əl-Qaidə” lideri Üsama bin Ladeni öldürüb cəsədini dənizə atmasına istinad edərək deyib: “Mən təklif etdim ki, biz də Sinvara, Bin Ladenlə amerikalıların etdiyini edək.”