İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzza zolağının mərkəzində, Megazi qaçqın düşərgəsinin şərqində toplaşan mülki şəxsləri hədəf alan hava hücumu nəticəsində 7 fələstinli həyatını itirib. Tibbi mənbələrdən alınan məlumata görə, Megazi qaçqın düşərgəsinin şərqindəki mülki kütləyə edilən hücumdan sonra həlak olan 7 fələstinlinin cənazəsi Deyr əl-Bəlahdakı Əqsa Şəhidləri xəstəxanasına gətirilib. Hücumla bağlı əlavə təfərrüat paylaşılmayıb.
#İsrail və Fələstin münaqişəsi 2025
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çərşənbə axşamı günü İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki ayrı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib. Bu son zorakılıq dalğası ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş və beş aydır davam edən kövrək atəşkəs razılaşmasının gələcəyini ciddi şübhə altına qoyur. Tibb işçiləri bildiriblər ki, anklavın şimalındakı Cabaliya bölgəsinə endirilən hava zərbəsi üç nəfərin, cənubdakı Xan Yunis şəhərinə edilən hücum isə iki nəfərin ölümü ilə nəticələnib. İsrail tərəfi hələlik hər iki hadisə ilə bağlı rəsmi şərh verməyib.
İsrail Müdafiə Nazirliyi Qüds və Məscid-i Əqsadakı hadisələri işıqlandıran 5 Fələstin media şəbəkəsinin fəaliyyətini rəsmən qadağan edib. Müdafiə naziri Yisrael Katz, ərəb dilində yayımlanan "El-Asima el-İhbariye", "Miraç", "Kudüs Pusulası", "Kudüs Meydanı" və "Kudüs Plus" adlı platformaların "terror siyahısına" alınması barədə qərarı imzalayıb. İsrail Baş prokuroru isə bu qərarın icrası üçün heç bir hüquqi maneənin olmadığını təsdiqləyib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Qərb Sahili ilə bağlı son qərarını kəskin tənqid edib. “Al Arabiya”nın yaydığı bəyanata görə, nazirlik İsrailin qərarının bölgədə sülh və sabitlik səylərini zəiflətdiyini bildirib. Açıqlamada vurğulanıb ki, İsrailin Fələstin torpaqları üzərində heç bir hüququ yoxdur və Qərb Sahilinin bəzi hissələrinə nəzarəti gücləndirmək qərarı iki dövlətli həll perspektivini təhlükə altına qoyur.
İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.
BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi bazar günü bildirib ki, Şərqi Qüdsdəki qismən sökülmüş qərargahı yandırılıb. UNRWA agentliyi ərazidə baş verən hadisənin səbəbi barədə təfərrüat verməyib. Qeyd edək ki, İsrail hakimiyyəti təşkilatın 2025-ci ildə ölkədəki fəaliyyətini qadağan etdikdən sonra, keçən həftə bu ərazini müsadirə edərək söküntü işlərinə başlamışdı.
İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymayaraq, Qəzza zolağının müxtəlif nöqtələrinə artilleriya və hava zərbələri endirməkdə davam edir. Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusuna məxsus hərbi texnikalar Qəzzanın cənubundakı Xan Yunis şəhərinin şərq hissəsini atəşə tutub. Eyni zamanda, Rəfah şəhərinin qərbində yerləşən Mevasi bölgəsinin cənub hissəsi də artilleriya atəşinə məruz qalıb.
İsrail işğalçıları işğal altındakı Şərqi Qüdsdəki Məsciid-i Əqsaya daxil olaraq həyətində provokativ Talmudik ayin keçirib. Fanatik yəhudilər polis müşayiəti altında dini mərasimlərini icra ediblər. Onlarca fanatik yəhudi “Hanuka Bayramı”nın səkkizinci və son günündə Məsciid-i Əqsaya daxil olub. Bu zaman məbədin həyətində provokativ Talmudik ayin keçirilib. Yəhudi təqviminə görə, 14 dekabrda başlayan və bir həftə davam edən Hanuka Bayramı zamanı fanatik yəhudilərin Məsciid-i Əqsaya yönəlmiş daxilolmaları artır. Təkcə bazar günü 900-dən çox İsrail vətəndaşı məbədə daxil olub, noyabr ayında isə bu say təxminən 4 300 təşkil edib.
İsrail ordusu işğal altındakı Fələstinin İordan çayının qərb sahilinin şimalında fələstinliləri evlərini tərk etməyə məcbur edərək bölgəyə əlavə hərbi qüvvələr göndərib. Yerli mənbələrin məlumatına görə, İsrail əsgərləri Cenin qaçqın düşərgəsinə bitişik Cabiriyyat məhəlləsinin sakinlərini evlərini boşaltmağa məcbur edib və daha sonra məhəllədə genişmiqyaslı axtarışlara başlayıb. Bildirilir ki, əraziyə əlavə hərbi bölmələr də yerləşdirilib. Son günlərdə İsrail qüvvələri Cenin və onun ətrafındakı yaşayış məntəqələrinə ardıcıl basqınlar edir. Bu basqınlar zamanı fələstinlilər evlərini tərk etməyə məcbur edilir, çox sayda insan saxlanılır və bölgələrdə axtarışlar aparılır.
İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrail tərəfindən daha 15 fələstinlinin nəşinin təhvil verildiyini açıqlayıb. Nəşlərin təhvili atəşkəs və əsir mübadiləsi prosesi çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) vasitəçiliyi ilə həyata keçirilib.
İsraillə HƏMAS arasında atəşkəsin davam etməsi ilə ölkə “müharibədən sonrakı dövrə” daxil olub. Raket səsləri kəsilsə də, ictimaiyyət və siyasət səhnəsində əsas sual indi hökumətin məsuliyyəti və müharibənin nəticələridir.