BAKI,VOA,Vüsalə Əzimzadə
Səudiyyə Ərəbistanı 2034-cü ildə Ər-Riyadda keçiriləcək Asiya Oyunları və Olimpiya perspektivində idman strategiyasını yeniləyərək 11 idman növünə fokuslanacaq.
VOA xəbər verir ki,Səudiyyə Olimpiya və Paralimpiya Komitəsinin baş icraçı direktoru və baş katibi Əbdüləziz Baeşen yeni strategiyanı sentyabrın 2-də keçirilən idman konfransında açıqlayıb.
Yeni yanaşma Səudiyyə idmançılarının beynəlxalq yarışlarda nəticələrinin yaxşılaşdırılmasına və medal potensialının yüksək olduğu idman növlərinin inkişafına yönəlib.
Strategiyanın açıqlanması Səudiyyənin 144 idmançısının Aichi-Nagoya 2026 Asiya Oyunlarında iştirakına bir neçə həftə qalmışa təsadüf edib.