Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzza zolağına hücumlarında 99 Fələstinli həlak olub

    18 Sentyabr 2025 10:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzza zolağına hücumlarında 99 Fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda 99 fələstinli həyatını itirib.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələrinin və hadisə şahidlərinin bildirdiyinə görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrində fələstinlilərin yaşadığı evləri, çadırları və yardım gözləyən mülki şəxsləri hədəf alıb.

    İsrail ordusunun Qəzza Zolağının şimalına endirdiyi hücumlarda 77 fələstinli həyatını itirib.

    Cənub bölgələrinə edilən hücumlarda isə 18 mülki şəxs öldürülüb.

    Mərkəzi bölgələrə yönəldilmiş ağır hücumlar nəticəsində 4 nəfər həyatını itirib.

    İsrail əsgərləri Qəzza şəhərini həm havadan, həm də artilleriya atəşləri ilə hədəf almağa davam edir. Evlər və çoxmərtəbəli binalar dağıdılır.

    İsrail ordusu Qəzza Zolağında işğalı genişləndirmək və daimi etmək üçün planlarını həyata keçirməyə başlayıb.

    Baş nazir Benyamin Netanyahu Qəzza Zolağının tam şəkildə işğal ediləcəyini açıqlayıb.

    İsrail Təhlükəsizlik Kabineti 8 avqustda Qəzza şəhərinin işğalına dair planı təsdiqləyib.

    İsrailin müdafiə naziri Yoav Katz isə 15 sentyabrda verdiyi açıqlamada Qəzza şəhərinə yenidən quru hücumlarına başlandıqlarını və şəhəri yox edəcəklərini deyib.

    İsrail ordusu bildirib ki, son iki gündə Qəzza şəhərinə 150-dən çox hava və artilleriya zərbəsi endirilib.

    Qəzzanın şimalına edilən intensiv bombardman və məcburi təxliyə çağırışları səbəbilə yüzlərlə fələstinli ailə şimaldan cənuba köçməyə davam edir.

    Fələstinlilər saatlarla piyada yollarla, bombardman və pilotsuz uçuş aparatlarının təhlükəsi altında, uşaqlarını qucaqlarında daşıyaraq cənuba doğru irəliləyirlər.

    Cənuba çatan ailələr isə qida, təmiz su və dərman çatışmazlığı olan müvəqqəti sığınacaqlarda ağır şəraitlərlə üzləşirlər.

    Bu köç zamanı “ölüm yolu” adlandırılan yollarda çox sayda mülki şəxs həyatını itirib. Sağ qalanlar isə bu gün təhlükəsiz sığınacaq və əsas insani ehtiyaclar olmadan sağ qalmaq uğrunda mübarizə aparırlar.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Fələstin-İsrail iki dövlətli həll #İsrail Fələstin müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.