Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail son 72 saat ərzində Qəzzada 5 çoxmərtəbəli binanı və 350 çadırı bombalayıb

    9 Sentyabr 2025 16:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail son 72 saat ərzində Qəzzada 5 çoxmərtəbəli binanı və 350 çadırı bombalayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir.

    Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

    Son 72 saat ərzində Qəzza şəhərində təxminən 550 ailə – yəni 7 min 600 nəfər – evsiz qalıb. Açıqlamada bu şəxslərin ən əsas həyat tələbatlarından məhrum bir vəziyyətdə, ölüm, aclıq və dözülməz istilərlə mübarizə apardıqları bildirilir.

    Mülki Müdafiə İdarəsi beynəlxalq ictimaiyyətə çağırış edərək vurğulayıb:

    “Dünya Qəzza şəhərindən yüksələn yardım çağırışlarını səssizcə izləyir. Minlərlə günahsız insanın həyatını xilas etmək üçün dərhal müdaxilə edin.”

    Xatırladaq ki, İsrail ordusu son günlərdə işğalçı hücumları çərçivəsində Qəzza şəhərindəki çoxmərtəbəli yaşayış binalarını hava zərbələri ilə tamamilə yerlə bir edir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #BMT-nin Qəzza hesabatı #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.