Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib. Dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.
#İsrail Qəzza işğalı
Gələn il Avstriyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə İsrailin qatılmamasının qadağan olunması üçün başlanan imza kampaniyasında bu günə qədər 600 mindən çox insan iştirak edib. Avaaz Qlobal Vətəndaşlıq Platformasında təşkil olunan kampaniya, İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına icazə verilməsindən sonra start götürüb. Kampaniyada bütün yayımlayıcılara və Avropa Yayım Birliyinə (EBU) müraciət edilərək, İsrailin iştirakının dərhal dayandırılması tələb olunub.
Birləşmiş Millətlər Təşkilatının İnsanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke bildirib ki, İsrail ilə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmayıb. Laerke, təxminən iki aydır davam edən atəşkəs prosesinin humanitar yardımlara təsirini şərh edərkən deyib ki, humanitar yardım səviyyəsi hələ də istənilən səviyyədə deyil. O, 10 oktyabrdan bəri humanitar yardımlarda artım olduğunu, lakin hədəflərin hələ də tamamlanmadığını qeyd edib.
İsrail Qəzza zolağında davam edən hərbi əməliyyatların fonunda ölkənin cənubundakı Netivot şəhərində beynəlxalq musiqi festivalı təşkil edəcəyini açıqlayıb.
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzaya dair qərar layihəsinin qəbul edilməsi halında Fələstin rəhbərliyinə qarşı “hədəfli sui-qəsdlər” həyata keçirilməsi və Fələstin Dövlət Başçısı Mahmud Abbasın həbs olunması çağırışı ilə çıxış edib.
İsrailin 153 nəfərdən ibarət fələstinli qrupu Qəzzadan Cənubi Afrikaya göndərməsi ilə bağlı açıqlaması regionda “sürgün” iddialarını və etnik təmizləmə tənqidlərini yenidən gündəmə gətirib.
Qəzza Bələdiyyəsi təsdiqləyib ki, elan olunmuş atəşkəsə baxmayaraq, davam edən İsrail təcavüzü nəticəsində zolaq genişmiqyaslı və misilsiz dağıntılarla üzləşib və infrastrukturun təxminən 85 faizi birbaşa və ya dolayısı ilə zərər görüb. Bələdiyyənin açıqlamasında qeyd olunub ki, ziyan bir çox həyati sahələri əhatə edir və artıq Qəzza tammiqyaslı bərpaya ehtiyac duyur.
İstanbul, TRT World Forum – Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu il “Qlobal Yenidənqurma: Köhnə Dünyadan Yeni Reallıqlara” mövzusunda keçirilən TRT World Forumunun açılış nitqində çıxış edib. Ərdoğan bildirib ki, iki illik zülmdən sonra, Türkiyənin dəstəyi ilə HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə edilib və Qəzzalılar ilk dəfə rahat nəfəs ala biliblər. HƏMAS razılaşmaya riayət edərkən, İsrail isə atəşkəsi pozmaq üçün fürsət gözləyir və son günlərdə yenidən yüzdən çox Qəzzalı şəhid olub, onların çoxu uşaqdır.
Çexiya hakimiyyəti, Fransa tərəfindən barəsində beynəlxalq axtarış və həbs qərarı çıxarılan bir israilli ehtiyat hərbçini Praqadakı Vaclav Havel Beynəlxalq Hava Limanında bir neçə saat saxladıqdan sonra ölkədən çıxarıb. İsrailin Yediot Ahronot qəzetinin məlumatına görə, adı açıqlanmayan hərbçi Qəzza və Livandakı hücumlarda iştirak etdiyi iddiası ilə Fransada axtarışa verilib. O, Fransa ərazisinə heç vaxt daxil olmadığını, lakin Fransız hakimiyyət orqanlarının haqqında beynəlxalq həbs qərarı çıxardığını bildirib.
Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.
Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.
İsrail qüvvələri Qəzzadaki atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində, aralarında ömürlük həbs cəzası alanların da olduğu 83 fələstinli məhbusu azad edib.