Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 16 fələstinli həlak olub

    5 Sentyabr 2025 11:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 16 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun bu səhərdən etibarən Qəzza zolağının şimalındakı Qəzza şəhərinin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 16 fələstinli həyatını itirib.

    AzerVoice xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin müxtəlif yerlərindəki evlərə və köçkünlərin yerləşdiyi çadırlara hücum edib.

    Qəzza şəhərinin mərkəz hissəsində yerləşən Dərəc məhəlləsində bir evin İsrail qırıcıları tərəfindən hədəf alınması nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

    Şəhərin cənub-qərbindəki Rimal məhəlləsində yerləşən İslam Universitetinin ərazisindəki köçkünlərin yaşadığı çadır İsrail ordusunun hədəfi olub. Hücum nəticəsində 3 nəfər həyatını itirib.

    Yenə Rimal məhəlləsindəki çadır və evlərə İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən həyata keçirilən hücumlarda da 3 nəfər ölüb.

    Tel əl-Heva məhəlləsində bir mənzilə edilən bomba hücumu nəticəsində 3 fələstinli həyatını itirib.

    İsrail qırıcıları Səlasini küçəsində yerləşən bir mənzili bombalayıb. Hücumda 2 fələstinli ölüb.

    Şəhərin qərbində yerləşən Əzhər Universiteti yolayrıcında köçkünlərin sığındığı bir çadır da İsrail ordusunun hədəfi olub. Bu hücum nəticəsində 2 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.


    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.