Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada İsrail hücumları nəticəsində yardım almaq üçün gözləyən 18 fələstinli həlak olub

    19 Avqust 2025 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada İsrail hücumları nəticəsində yardım almaq üçün gözləyən 18 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    İsrail ordusunun bu gün səhərdən etibarən Qəzza zolağının müxtəlif bölgələrinə hücumlar nəticəsində ən azı 18 fələstinli həyatını itirib, onlarla insan isə yaralanıb.

    AzerVoice xəbər verir ki, Xan Yunisin qərbində köçkünlərin yerləşdiyi çadırlardan biri hədəfə alınaraq dağıdılıb, nəticədə bir neçə nəfər həlak olub. Daha sonra bölgədəki digər çadıra endirilən zərbə nəticəsində əlavə ölüm və yaralıların olduğu bildirilib.

    Deyr əl-Bələh şəhərində də oxşar hadisə qeydə alınıb. Köçkünlərin sığındığı çadırın vurulması nəticəsində bir neçə nəfər həyatını itirib. Bundan başqa, şəhərin cənub-şərqində mülki şəxslərin toplandığı əraziyə hücum nəticəsində də ölənlər qeydə alınıb.

    Qəzza şəhərinin qərbində, “Zikim” bölgəsində yardım növbəsində gözləyən fələstinlilərə qarşı hücum zamanı iki nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

    Ötən gecə isə İsrailin Qəzzanın cənubundakı əs-Sabra məhəlləsinə və Deyr əl-Bələhə endirdiyi zərbələr nəticəsində daha bir neçə nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilib.

    Qeyd edək ki, Fələstin mənbələrinin məlumatına görə, 2023-cü il 7 oktyabrdan bəri davam edən hücumlar nəticəsində Qəzzada indiyədək 62 mindən çox fələstinli həyatını itirib, 156 mindən artıq insan isə yaralanıb. Rəqəmlərin dəqiq olmadığı, minlərlə qurbanın hələ də dağıntılar altında qaldığı vurğulanır.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #Qəzzada müharibədən sonrakı vəziyyət #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00
    XƏBƏR LENTİ

    Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.