İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”
#İsrailin Qəzza siyasəti
Təxminən 50 tanınmış idmançı, o cümlədən fransalı futbolçu Pol Poqba və mərakeşli Hakim Ziyeş, İsrailin bütün komandalarının Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən təşkil olunan yarışlardan uzaqlaşdırılmasını tələb edən bəyanata imza atıb
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzza şəhərində quru əməliyyatı başlatması ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, İsrailin hücumları qətiyyətlə pislənib, və qeyd olunub ki, bu quru əməliyyatı, bir milyondan çox fələstinlinin sığındığı Qəzza şəhərində davam edən qətliamların daha da şiddətlənməsinə səbəb olacaq. Həmçinin vurğulanıb ki, əməliyyat yüz minlərlə fələstinlinin bir daha yerindən-yurdundan didərgin düşməsinə gətirib çıxaracaq və bölgədəki insani böhranı daha da dərinləşdirəcək.
HƏMAS İsrailin Qəzzanın qərbində Əl-Rimal məhəlləsində bir binaya endirdiyi hava hücumunda 7 fələstinlinin şəhid olması və bir neçə nəfərin yaralanması ilə bağlı yazılı açıqlama verib.
Bureyc düşərgəsində Qənim ailəsinə məxsus evin vurulması nəticəsində bir qadın və uşağı həlak olub. Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsindəki Şuheda küçəsində Fələstin Qülləsi yaxınlığındakı iqamətgahın hədəfə alınması nəticəsində bir qadın da həlak olub.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə bu gün səhər təşkil etdiyi hücumlarda altısı uşaq olmaqla 21 fələstinli həlak olub. Şahidlərin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, Xan Yunisin əl-Məvəssi bölgəsində məcburi köçkünlərin yerləşdiyi çadırlar hava və artilleriya zərbələri ilə hədəf alınıb, nəticədə altısı uşaq olmaqla 16 fələstinli həyatını itirib. Şəhərin cənub-şərqindəki yardım paylama mərkəzinin yaxınlığında hücum zamanı bir fələstinli, əl-Məğazi qaçqın düşərgəsindəki evin hədəf alınması nəticəsində 3 fələstinli, Netzarim dəhlizi və Nusayrat düşərgəsində baş verən hücumlarda isə əlavə fələstinlilər yaralanıb.
Xan Yunisin qərbində köçkünlərin yerləşdiyi çadırlardan biri hədəfə alınaraq dağıdılıb, nəticədə bir neçə nəfər həlak olub. Daha sonra bölgədəki digər çadıra endirilən zərbə nəticəsində əlavə ölüm və yaralıların olduğu bildirilib.
Bayraktar elektrik enerjisi istehlakı ilə bağlı da məlumat verib. Son dövrlərdə havaların isti keçməsi ilə kondisioner istifadəsinin artdığını, elektrik sisteminin 120,000 meqavat gücə malik olduğunu bildirib. İyulun 28-də 1,239 milyard kilovatlıq elektrik istehlakı rekordu qırılıb. Nazir vurğulayıb ki, son iki ildə elektrik və təbii qaz üçün vətəndaşlara ümumilikdə 900 milyard lirəlik dəstək
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.
Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.
İsrailin mühasirəsi və yardım blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölənlərin sayı artır. Son 24 saatda biri uşaq olmaqla 7 fələstinli aclıq və qida çatışmazlığı səbəbilə həyatını itirib.
AzerVoice xəbər verir ki, bu barədə Smotriç Qəzzada qeyri-qanuni yaşayış məntəqələrinin təmizlənməsinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında bildirib.