BAKI,VOA,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dair aparılan danışıqların müsbət nəticələr verdiyini açıqlayıb.
VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər boğazda gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi üzərində işləyirlər.
İranın IRIB dövlət televiziyasının yaydığı məlumata görə, Bəqai danışıqların həm texniki, həm də siyasi baxımdan müsbət qiymətləndirildiyini bildirib.
Onun sözlərinə görə, Tehran Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması üçün zəruri mexanizmlərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.