Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İrana bağlı iraqlı radikal şiə qruplaşmaları regional neft obyektləri və elektrik stansiyalarını vurmaqla hədələyir

    6 Aprel 2026 06:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İrana bağlı iraqlı radikal şiə qruplaşmaları regional neft obyektləri və elektrik stansiyalarını vurmaqla hədələyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İranyönlü "Kətaib Hizbullah" qruplaşmasının lideri, ABŞ-ın Hörmüz boğazı ilə bağlı təhdidlərini reallaşdıracağı təqdirdə regiondakı bütün neft və qaz obyektlərinə hücum edəcəkləri barədə xəbərdarlıq edib.

    VOA xəbər verir ki, İranın IRNA xəbər agentliyinin yaydığı məlumata görə, bu haqda qruplaşmanın rəhbəri Əbu Hüseyn əl-Həmidavi bildirib.

    "Əgər onlar Hörmüz boğazını güc tətbiq edərək açmağa çalışsalar, regionda heç bir neft və qaz platforması və ya obyekti qalmayacaq."-deyə o qeyd edib.

    Əl-Həmidavi ABŞ-ın regiondakı infrastrukturuna qarşı daha geniş hədələr səsləndirərək əlavə edib ki, "Tramp və tərəfdarları bilsinlər ki, onların regiondakı elektrik stansiyaları da bizim üçün qanuni hədəflərdir və bu məsələdə heç bir tərəddüdümüz yoxdur.

    “Ya təhlükəsizlik hər kəs üçün bərqərar olacaq, ya da heç kim təhlükəsizlikdən bəhrələnə bilməyəcək."- deyə o bildirib.

    Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İrana qarşı qoyduğu çərşənbə axşamı ultimatuumuna cavab olaraq gəlib. "Kətaib Hizbullah"ın bu təhdidi göstərir ki, münaqişə alovlanacağı təqdirdə İranın proksi qüvvələri təkcə hərbi bazaları deyil, həm də bütün Yaxın Şərqin iqtisadi infrastrukturunu hədəf almağı planlaşdırır. Bu, xüsusilə Körfəz ölkələrinin enerji ixracı və enerji təminatı üçün ciddi ekzistensial təhlükə yaradır.

    #İran Hörmüzqan faciəsi #Hörmüzqan əyaləti #İRNA prezidentlə bağlı məlumat yaydı #Əbu Hüseyn əl-Hümeydavi #Kətaib Hizbullah #Bağdadda sirli zərbə: Kətaib Hizbullah lideri Əbu Hüseyn əl-Hümeydavi öldürülüb? #VOA Azərbaycan #İranyönlü #radikal şiə qruplaşmaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    27 Avqust 2026 21:25

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    17 Avqust 2026 22:06

    Səudiyyə infrastrukturu və qlobal enerji bazarında husi təhlükəsi

    10 Avqust 2026 09:00

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    19 İyul 2026 16:00

    Bazar həftədə 100 milyon barel neft itirə bilər - Saudi Aramco

    11 May 2026 20:12

    Suriya seçim qarşısındadır - Qisas yoxsa qanunun aliliyi?

    5 May 2026 09:00

    İranın qənimət torpağı İraqda bitməyən hegemonluq mübarizəsi

    3 May 2026 09:00

    ABŞ və İran İraqa təzyiqlərini davam etdirir: Bağdadda dollar və hökumət savaşı

    21 Aprel 2026 12:00

    ABŞ-ın Suriyadan çəkilməsinin arxasındakı beş səbəb

    19 Aprel 2026 09:00

    Hörmüz boğazının açılması haqqında indiyə qədər nələri bilirik?

    17 Aprel 2026 23:08

    Strateji Baxış: "Öncə Suriya" – Şəraa hökumətinin prioritetləri və daxili çağırışlar

    12 Aprel 2026 12:07
    XƏBƏR LENTİ

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.