İranyönlü "Kətaib Hizbullah" qruplaşmasının lideri, ABŞ-ın Hörmüz boğazı ilə bağlı təhdidlərini reallaşdıracağı təqdirdə regiondakı bütün neft və qaz obyektlərinə hücum edəcəkləri barədə xəbərdarlıq edib.
#Bağdadda sirli zərbə: Kətaib Hizbullah lideri Əbu Hüseyn əl-Hümeydavi öldürülüb?
Şənbə günü sübh tezdən Bağdadın Kərrada məhəlləsində hərəkata məxsus evin hədəf alınmasından sonra "Kətaib Hizbullah" qruplaşmasının lideri Əbu Hüseyn əl-Hümeydavinin taleyi barədə ziddiyyətli məlumatlar yayılıb. Bəzi mənbələr onun öldüyünü desə də, digərləri sağ qaldığını iddia edir. Hadisə yerindən yayılan videoda Hümeydavi olduğu güman edilən şəxsin başından yaralandığı görünür. Bəs illərdir "İranın İraqdakı sirli adamı" kimi tanınan bu şəxs kimdir?