Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabShow
    ArabShow

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    29 Avqust 2026 20:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Livanlı rejissor Munia Akl "Emmi" mükafatlı ingilis dramaturqu Cek Tornun ssenarisi əsasında "Netflix" üçün çəkiləcək 5 seriyalı "The Unheard" dram serialının rejissoru olacaq. Layihənin baş rolunu "Oskar" və "Emmi" mükafatçısı Keyt Uinslet canlandıracaq.

    Serialda Keyt Uinslet ingilis aktrisası Maksin Pik ilə birlikdə planlaşdırdıqları qisas planı uğursuzluqla nəticələndikdən sonra qaçmağa məcbur olan iki bacını canlandıracaq. Hüquq-mühafizə orqanları tərəfindən təqib edilən bacılar onları zorakılığa sürükləyən sirlərlə üz-üzə qalırlar. Tənqidçilər serialın süjet xəttini Ridli Skottun məşhur "Telma və Luiza" (Thelma & Louise) filmi ilə müqayisə edirlər. Çəkilişlərinin 2027-ci ildə başlaması planlaşdırılan serialın yayım tarixi hələ açıqlanmayıb.

    "The Unheard" Keyt Uinsletin "Netflix" platforması üçün çəkiləcəyi ilk dram serialı olacaq. Aktrisa daha əvvəl HBO istehsalı olan "Mildred Pierce" və 2021-ci ildə "Mare of Easttown" seriallarındakı rollarına görə "Emmi" mükafatına layiq görülüb. Serialın prodüserliyini "Warp Films", Bred Pittin "Plan B" və ingilis aktyoru Stiven Qrehemin "Matriarch Productions" şirkətləri həyata keçirir.

    Munia Aklın ilk tammetrajlı debüt filmi 2020-ci ilin sonunda çəkilmiş və növbəti il Venesiya Film Festivalında premyeriyası keçirilmiş "Kosta Brava, Livan" (Costa Brava, Lebanon) ekran əsəri olub. Film Toronto Beynəlxalq Film Festivalında NETPAC Mükafatını, London BFI Film Festivalında tamaşaçı rəğbəti mükafatını və Misirin Əl-Qunə Film Festivalında FIPRESCI ən yaxşı debüt filmi və "Yaşıl Ulduz" mükafatlarını qazanıb.

    Ekran işi çirklənmiş Beyrutu tərk edərək dağlara sığınan, lakin evlərinin yanında zibil poliqonu salınan Bədri ailəsindən bəhs edir. Rejissorun 2016-cı ildə Kann Film Festivalının "Cinefondation" bölməsində nümayiş olunan "Submarine" adlı qısametrajlı filmi də Livanın zibil böhranını mövzu götürmüşdü.

    "Ailə mövzusu məni həmişə düşündürüb; ailənin daxili strukturunu müşahidə edərək cəmiyyətdəki çatlar barədə aydın təsəvvür əldə etmək olar. İnanmıram ki, rejissorlar filmlərində hazır mesajlar verməlidirlər, əksinə, onlar cəmiyyət qarşısında suallar qaldırmalıdırlar".-deyə, Rejissor Munia Akl yaradıcılığı barədə deyib.

    #Netflix #Munia Akl #Emmi #The Unheard #Thelma & Louise #Mildred Pierce #Warp Films #London BFI Film #FIPRESCI #Keyt Uinslet Netflix The Unheard serialı #Munia Akl Livanlı rejissor film layihələri #Maksin Pik və Keyt Uinslet baş rollarda #Cek Torn ssenarist Emmi mükafatı #Mounia Akl Kate Winslet The Unheard Netflix #Ailə sirləri və zorakılıq #Kate Winslet stars in Netflix thriller The Unheard directed by Mounia Akl
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    29 Avqust 2026 20:56

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    24 Avqust 2026 09:33

    Britaniya hersoginyası filmə çəkiləcək

    23 Avqust 2026 20:00

    Zərgərlik evi Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    23 Avqust 2026 12:26

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    23 Avqust 2026 12:15

    Amina Muaddi "Lancome"un yeni siması oldu - "La vie est belle Very Cherry" çarxı yayımlandı

    19 Avqust 2026 20:35

    Şakiranın Əbu-Dabi konserti təxirə salındı

    19 Avqust 2026 10:34

    Çinli ulduz Makaoda Livan dəb evinə üstünlük verdi

    18 Avqust 2026 11:53

    Alış-veriş etməzdən əvvəl mütləq oxuyun: Dubay mağazalarında nələrə diqqət etməlisiniz?

    18 Avqust 2026 07:47

    Pom Klementyeff iki ildən sonra yenidən Əbu-Dabi komiks festivalına qayıdır

    15 Avqust 2026 18:05

    Razan Camalın yeni filmi may ayında nümayiş olunacaq

    4 May 2026 19:30

    Türkiyənin "Tabii" platforması Netflix-i üstələyib

    27 İyun 2024 13:39
    XƏBƏR LENTİ

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.