Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Biz ABŞ-ın bölgədəki hərəkətlərini və qoşun yerləşdirmələrini yaxından izləyirik - İran Parlamentinin sədri

    25 Mart 2026 14:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Biz ABŞ-ın bölgədəki hərəkətlərini və qoşun yerləşdirmələrini yaxından izləyirik - İran Parlamentinin sədri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın bölgədəki hərbi hərəkətliliyini və qoşun yerləşdirmə planlarını yaxından izlədiklərini bəyan edib. O, Vaşinqton administrasiyasına müraciət edərək, "Torpaqlarımızı müdafiə etmək qətiyyətimizi sınamayın" ifadəsini işlədib.

    VOA xəbər verir ki, Qalibaf "X" sosial media platformasında paylaşdığı mesajında Pentaqonun bölgəyə əlavə qüvvələr göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Məclis sədri qeyd edib ki, generalların və siyasi qərar vericilərin yol verdiyi səhvləri əsgərlər düzəldə bilməz. O, həmçinin ABŞ hərbçilərinin İsrailin Baş naziri Benyamin Netanyahunun xülyalarının qurbanı olacağını vurğulayıb.

    Xatırladaq ki, ABŞ mediasında Müdafiə Nazirliyinin (Pentaqon) ordunun 82-ci Hava-Desant Diviziyasından təxminən 3 min hərbçini İranla mümkün müharibə riski səbəbindən Yaxın Şərqə göndərməyə hazırlaşdığı barədə iddialar yer almışdı.

    Məsələyə İranın ali rəhbəri Ayətullah Müctəba Xameneyinin Müdafiə Şurasındakı nümayəndəsi Əli Əkbər Əhmədyan da kəskin reaksiya verib. O, "İllərdir amerikalıların bura gəlməsini gözləyirik. ABŞ əsgərlərinə tək bir mesajımız var: Yaxınlaşın" deyərək Tehranın geri addım atmayacağını bildirib.

    #Məhəmməd Baqer Qalibaf #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran #İsrail-İran müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

    26 İyun 2026 17:44

    İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

    24 İyun 2026 09:06

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    9 İyun 2026 11:54

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    Qalibaf: Qarşı tərəfin sözlərinə etibar etmirik

    29 May 2026 21:13

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12

    Pentaqon rəhbəri İran müharibəsi ilə bağlı Konqresdə ifadə verəcək

    12 May 2026 18:05

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08

    İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

    8 May 2026 13:29

    ABŞ-ın İranla mümkün razılaşması Təl-Əviv üçün “fəlakət” ola bilər - İsrail

    7 May 2026 16:23
    XƏBƏR LENTİ

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.