Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    4 Avqust 2026 18:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda əldə olunacağı təqdirdə İrana qarşı planlaşdırılan hərbi zərbənin ləğv edildiyini bəyan edib. Amerika liderinin sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazında gəmiçiliyin dərhal bərpa olunmasını, regionda gərginliyin azaldılmasını və İranın nüvə proqramı ilə bağlı yaratdığı təhlükələrin aradan qaldırılmasını nəzərdə tutur.

    VOA Crossmedia.az-a istinadən xəbər verir ki,Vaşinqtonun bu açıqlaması Yaxın Şərqdə hərbi eskalasiyanın diplomatik müstəviyə keçə biləcəyi ilə bağlı gözləntiləri artırsa da, Tehranın bu təklifə necə reaksiya verəcəyi hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Nəzərə alsaq ki, İran dəfələrlə nüvə proqramından imtina etməyəcəyini, ABŞ isə Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edib, tərəflər arasında mümkün razılaşmanın şərtləri və onun praktik icrası ilə bağlı çoxsaylı suallar yaranır. Belə bir şəraitdə Vaşinqtonun irəli sürdüyü təklif regionda gərginliyi azaltmağa kifayət edəcəkmi, yoxsa tərəflər arasında etimadsızlıq danışıqlar prosesini yenidən dalana dirəyəcək? Bəs İran bu şərtlər əsasında münaqişənin dayandırılmasına razılıq verəcəkmi?

    Yaxın Şərqdəki gərginliklə bağlı açıqlama verən Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu qeyd edib ki, İran–ABŞ gərginliyi ilə bağlı çox maraqlı məqamlar var: “Təəssüf ki, bu gün bir çoxları həmin məqamlara ya ümumiyyətlə toxunmur, ya da məsələyə səthi yanaşır. Əgər münaqişənin ilk günündən bu günə qədər olan xronoloji ardıcıllığa nəzər salsaq, maraqlı mənzərə ilə qarşılaşarıq. Münaqişənin ilk mərhələsində İsrail–İran qarşıdurması müşahidə olunurdu. İran həm İsrailə hava zərbələri endirir, həm də ABŞ-nin bölgədəki hərbi bazalarını hədəfə alırdı. Lakin bu gün vəziyyət tamamilə fərqlidir. Sanki İsrail artıq meydanda yoxdur. Elə bil ki, İsrail prosesi başladıb, ABŞ-ni İranla üz-üzə qoyub və daha sonra çox ustalıqla bu qarşıdurmadan geri çəkilib.

    Nəticədə isə hər zaman aqressiv siyasəti ilə tanınan İsrail prosesdən kənarda qalıb, İran isə guya ABŞ-yə cavab olaraq Ərəb ölkələrində yerləşən Amerika hərbi bazalarını hədəfə almağa başlayıb. Söhbət Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya, Qətər və digər ölkələrdə yerləşən bazalardan gedir. İran bunu belə əsaslandırır ki, guya həmin bazalardan ona qarşı təhlükə mövcuddur. Lakin burada bir çoxlarının bilmədiyi mühüm məqam var. ABŞ-nin hərbi bazaları təkcə ərəb ölkələrində deyil, Yunanıstanda və Cənubi Kiprdə də yerləşir. Buna baxmayaraq, İran İslam Respublikası bu günə qədər həmin bazalara qarşı heç bir hərbi addım atmayıb. Halbuki özünü daim İslam dəyərlərinin müdafiəçisi kimi təqdim edən və qeyri-müsəlman dövlətlərinə qarşı sərt ritorika nümayiş etdirən İranın bu yanaşması ciddi suallar doğurur”.

    Ekspert qeyd edib ki, yəni həm Yunanıstanda, həm də Cənubi Kiprdə ABŞ hərbi bazaları olduğu halda, İran onlara toxunmur: “Bu isə göstərir ki, artıq proses ilk mərhələdən tamamilə fərqli istiqamətdə inkişaf edir. Bu gün artıq İsrail–İran qarşıdurmasından daha çox ABŞ–İran qarşıdurmasını müşahidə edirik. Hesab edirəm ki, hazırda bu qarşıdurmanı daha fərqli müstəviyə keçirmək planı üzərində düşünülür. Aktiv fazanın növbəti mərhələsində isə ABŞ-nin də prosesdən tədricən kənara çəkilərək İranın ərəb və ümumilikdə İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi üzərində işlənilir.

    Bu istiqamətdə kifayət qədər ciddi addımların atıldığını düşünürəm. ABŞ Prezidenti Donald Trampın bəyanatlarına gəlincə, sabah və ya yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı hansısa razılaşmanın imzalanacağı barədə deyilənlərə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu gün İranda idarəetmə sistemində ciddi problemlər mövcuddur. Hamıya məlumdur ki, İranda prezident postunun səlahiyyətləri olduqca məhduddur və faktiki olaraq həlledici rol oynamır. Bu gün bəzi dairələr Məsud Pezeşkianı qəhrəman kimi təqdim etməyə çalışsalar da, reallıq tam başqadır. İranda bundan əvvəl də İslami düşərgədən olmayan prezidentlərin ciddi siyasi çəkisi olmayıb. Hətta İslami düşərgədən olan prezidentlərin belə siyasi ağırlığı, heç şübhəsiz, Ali Rəhbər Əli Xameneinin kölgəsində qalıb”.

    R.Hafizoğlu qeyd edib ki, bu baxımdan İranda son söz birbaşa Əli Xamenei, onun ətrafı, xüsusilə də Müctəba Xamenei və SEPAH tərəfindən verilir: “Ona görə də Qərblə aparılan danışıqların, Misirdə keçirilməsi planlaşdırılan və hətta mənə məlum olduğu qədərilə müəyyən hissəsinin gizli formatda baş tutduğu deyilən ABŞ–İran görüşlərinin bugünkü mərhələdə həlledici əhəmiyyət daşıdığını düşünmürəm. Çünki yekun qərarı verən tərəf yenə də SEPAH-dır. Amma başqa bir məqama da xüsusi diqqət yetirməyinizi istəyirəm. Çünki bəzi dairələr İranı böyük qəhrəman kimi təqdim etməyə çalışırlar. Halbuki mənzərə tam fərqlidir. Diqqət edin, İranın ABŞ ilə eyni masaya oturması, danışıqlar aparması və hər hansı razılaşmaya imza atmağa hazır olması, əslində, uzun illər ərzində irəli sürdüyü ideoloji prinsiplərlə ziddiyyət təşkil edir. Çünki İran illər boyu ABŞ-ni “Böyük Şeytan” adlandırıb və onunla hər hansı dialoqu qəbuledilməz hesab edib.

    Bu baxımdan ABŞ ilə danışıqlar aparması İranın özünün elan etdiyi prinsiplərə ziddir. Burada başqa bir maraqlı sual yaranır. Necə olur ki, Tehrandakı hakimiyyət Omanda, Pakistanda və ya digər ölkələrdə ABŞ nümayəndələri ilə danışıqlar aparır, müxtəlif formatlarda görüşlər keçirir, hətta razılaşmalar imzalayır, lakin Livan öz sərhədlərini və təhlükəsizliyini qorumaq məqsədilə İsraillə müəyyən anlaşmalara gedəndə bunu xəyanət adlandırır? Məhz bu ikili yanaşma Tehranın siyasi düşüncəsində ciddi ziddiyyətlərin mövcud olduğunu göstərir”.

    #İsrail #İran #Rufiz Hafizoğlu #Donald Tramp #Yaxın Şərq #Ərəb ölkələri #Əli Xamenei #SEPAH #Məsud Pezeşkian #İslam dünyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzada sülh prosesinə mane olur və işğal etdiyi ərazilərdən çıxmalıdır - Qətər

    4 Avqust 2026 19:03

    Qətər və Rusiya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    4 Avqust 2026 19:00

    Livanın Baş naziri Hizbullahı ölkəni müharibəyə sürükləməkdə ittiham edib

    4 Avqust 2026 18:56

    Hörmüz boğazı ilə bağlı razılaşma enerji qiymətlərini sabitləşdirəcək - Skott Bessent

    4 Avqust 2026 18:52

    Hörmüz boğazı ilə bağlı İranla razılaşma bu gün və ya sabah əldə oluna bilər - Skott Bessent

    4 Avqust 2026 18:34

    İordaniya İsrailin Qəzzadakı hücumlarını pisləyib

    4 Avqust 2026 18:29

    Diplomatik həll istiqamətində səylər davam edir - Qətər

    4 Avqust 2026 18:27

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    4 Avqust 2026 18:22

    Yəmən hökuməti Hodeydədə baş verən ölümcül partlayışa görə husiləri ittiham edib

    4 Avqust 2026 18:19

    Roma Livan və İsrail arasında yeddinci danışıqlar raunduna ev sahibliyi edir

    4 Avqust 2026 18:16

    Hörmüz boğazının açılması əsas prioritetlərdəndir - Qətər

    4 Avqust 2026 16:25

    Pezeşkian istefa iddialarını təkzib edib

    4 Avqust 2026 11:54
    XƏBƏR LENTİ

    İsrail Qəzzada sülh prosesinə mane olur və işğal etdiyi ərazilərdən çıxmalıdır - Qətər

    Qətər və Rusiya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    Livanın Baş naziri Hizbullahı ölkəni müharibəyə sürükləməkdə ittiham edib

    Hörmüz boğazı ilə bağlı razılaşma enerji qiymətlərini sabitləşdirəcək - Skott Bessent

    Hörmüz boğazı ilə bağlı İranla razılaşma bu gün və ya sabah əldə oluna bilər - Skott Bessent

    İordaniya İsrailin Qəzzadakı hücumlarını pisləyib

    Diplomatik həll istiqamətində səylər davam edir - Qətər

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    Yəmən hökuməti Hodeydədə baş verən ölümcül partlayışa görə husiləri ittiham edib

    Roma Livan və İsrail arasında yeddinci danışıqlar raunduna ev sahibliyi edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.