#Tehran məscidlərində Bəsic qeydiyyat mərkəzləri

İran hakimiyyəti enerji və hərbi obyektləri qorumaq üçün genişmiqyaslı xalq səfərbərliyinə start verib. Aprelin 7-də İran mətbuatı mülki vətəndaşların strateji obyektlərin ətrafında "canlı zəncir" yaradaraq onları mümkün hava zərbələrindən qorumağa çalışdıqlarını əks etdirən görüntülər yayımlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Rəhim Nad Əli "İran üçün vətən müdafiəsi" şüarı altında yeni kampaniyanın başladığını elan edib.