Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İran rejiminin sonu: Regional hegemonluqdan daxili çöküşə və hərbi iflasa doğru

    21 Mart 2026 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran rejiminin sonu: Regional hegemonluqdan daxili çöküşə və hərbi iflasa doğru
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    Bundan qırx il əvvəl Pol Kennedi “Böyük dövlətlərin yüksəlişi və tənəzzülü... 1500-cü ildən 2000-ci ilə qədər” adlı görkəmli kitabını nəşr etdirdi. O, bu kitabda imperiyaların yüksəliş və süqut səbəblərindən bəhs edərək xəbərdarlıq edirdi ki, hər hansı bir böyük güc öz resursları, imkanları və daxili məhsuldarlığı arasında tarazlıq yarada bilməsə, gec-tez tənəzzül mərhələsinə qədəm qoyacaqdır. Kitabda bəhs edilən qədim böyük dövlətlərdən asılı olmayaraq, biz XX əsrdə Osmanlı, Britaniya və Rusiya/Sovet imperiyalarının süqutunun, o cümlədən Almaniya və Yaponiya cəhdlərinin qırılmasının şahidi olduq.

    Ərəb dünyasındakı dövlətlərə gəlincə, radikal millətçi sistemlərin sarsılmasını gördük; necə ki, bu, Abdunnasirin Misirində, İraqda Səddamın, Liviyada Qəddafinin timsalında baş verdi və nəhayət, Əsəd rejiminin dəhşətli şəkildə süqutu ilə nəticələndi. Bunların hamısını birləşdirən ortaq tellər var ki, bu da öz sərhədlərindən kənarda, hərbi yolla, öz imkanlarını aşan, əlverişsiz beynəlxalq və regional reallıqlara zidd olan regional rol oynamaq cəhdləridir. Bu isə həmin cəmiyyətlərin yorulmasına, resurslarının tükənməsinə, hətta çoxunun intihara getməsinə səbəb oldu.

    Yuxarıda deyilənlər, hamıdan əvvəl öz xalqına qarşı səhv edən İran rejiminə də şamil edilir. Bu rejim İranı dünya ilə, xüsusən də Körfəz və ərəb şərqindəki qonşuları ilə qarşı-qarşıya qoydu. Onun mövcudluğu ilə ən yüksək həddə çatan məzhəbçilik təəssübünü alovlandırdı, birdən çox ölkədə silahlı, məzhəbçi milis qrupları yaratdı. Bununla yanaşı, resurslarının böyük hissəsini iqtisadiyyata, elmə, texnologiyaya və insan resurslarına yatırmaq, iqtisadi, sosial və siyasi inkişaf yolunu seçmək əvəzinə, silahlanmaya ayırdı. Milyonlarla şiə müsəlmanın pulu ( zəkatı, sədəqəsi) Hizbullaha, Husilərə, Həşdi Şabiyə, Əfqanıstan gətiriləm radiklar silahlı hərbi şiə dəstələrinə xərclənildi. Halbuki bu vəsait İranın inkişaf gücünü artırmaq, onu daxildən və xaricdən qorumaq üçün ən yaxşı seçim idi.

    Ümumiyyətlə, İran rejimi həm daxildə, həm də xaricdə təkəbbür, lovğalıq və güc/məcburiyyət siyasəti yürütməklə fərqlənib. O, Vəliyyi-fəqih düşüncəsinə qarşı çıxmağa icazə vermir. Bu rejimin tarixində hər hansı bir müxalif tərəfə və ya tənqidi baxış bucağına rast gəlmək nadir hadisədir. Bununla yanaşı, rəhbərlərinin İranın bir neçə ərəb paytaxtı (Beyrut, Bağdad, Dəməşq və Səna) üzərindəki ağalığı ilə bağlı lovğalanmalarını, xaricdəki regional qollarını dəstəkləməkdən imtina etməmələrini müşahidə edirik. Bura Livandakı fəlakətli dağıntılara rəğmən, “Hizbullah”ın tərksilah edilməsini rədd etmək də daxildir. Halbuki onun silahı İsrailin malik olduğu kütləvi qırğın silahları qarşısında heç bir şey edə bilmir, nə onun hücumlarının qarşısını alır, nə də liderlərinin bir-bir öldürülməsinə mane olur.

    Çin və Rusiya ilə müqayisə aparsaq (əgər mümkündürsə), görürük ki, İran özünü keçmiş prezidenti Əhmədinatın ifadə etdiyi kimi (2012) bir fövqəldövlət kimi aparır; təkcə İsraili deyil, həm də ABŞ-ı təhdid edir, müsəlman qonşularına belə, yuxarıdan aşağı baxır. Halbuki ikinci böyük güc hesab edilən Çin, öz inkişaf yolunu və dünyadakı iqtisadi-texnoloji üstünlüyünü qorumaq üçün xarici çağırışlarla müdrikliklə davranır ki, bu da Tayvan olsa belə, öz sərhədlərindən kənarda heç nə itirmədən qazanclarını artırsın. İddiaları imkanlarından həmişə böyük olan və son qırx ildə Çinin yüksəlişi qarşısında xeyli geriləyən Rusiya isə özünü Ukraynanı “udmağa” qadir olmadığını gördü. Bu da onun Ukrayna müharibəsində son həddə qədər getməməkdə göstərdiyi səbrini və təmkinini izah edir. Eyni şey Suriyanın şimal-şərqində “SDQ” ( PKK terror qruplaşmasının Suriya qolu) qüvvələri ilə qarşı-qarşıya gəlməkdən çəkinən Türkiyəyə də aiddir.

    Beləliklə, İran rejimi öz xalqının maraqlarına və qonşularına qarşı siyasi və hərbi seçimlər etdi. Bu siyasətlər ötən onilliklər ərzində əldə etdiyi bütün qazancları sarsıtdı. Çünki regional səviyyədə itkilərə səbəb olan bu siyasətlər artıq onun öz sərhədləri daxilindəki mövcudluğunu da təhdid edir. İran rejiminin problemi odur ki, İrandan Livana qədər, Suriya və İraq vasitəsilə əldə etdiyi regional genişlənmənin gətirdiyi coşqu ilə o, öz imkan və qabiliyyətlərinin hüdudlarını anlamadı, beynəlxalq oyunun təbiətini və qaydalarını qavramadı.

    Təbiidir ki, ABŞ-ın və onunla birlikdə İsrailin regionu hər cəhətdən yenidən mühəndislik etmək cəhdlərində İran rejimini öz xeyirlərinə tabe etmək istədiklərini vurğulamağa ehtiyac yoxdur. Lakin onu da qeyd etmək lazımdır ki, İran rejimi bu nöqtəyə gəlmək üçün hər şeyi səhv etdi: öz xalqı ilə rəftarında, qonşu dövlətlərlə rəftarında, İraq və Livanı idarəetmə üsulunda, sonra 14 il boyunca Əsəd rejimini müdafiə edərək suriyalıların öldürülməsində iştirak etməsində. İndi isə o, İsraildən daha çox Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Bəhreyn və Omanı bombalayır. Onu da qeyd edək ki, rejim əvvəllər təkcə “Əqsa Tufanı” əməliyyatından deyil, hətta İsrailin regiondakı milislərinin “tacının incisi” olan “Hizbullah”ı (2024-cü ilin sonlarında) çökdürməsindən də özünü kənarda tutmağa çalışmışdı.

    Burada qeyd etmək lazımdır ki, hazırkı müharibə İran rejiminin özünün 2003-cü ildən bəri, yəni iyirmi ildən çox müddətdə Ərəb Şərqi ölkələrində ən fəal regional tərəf olduğu həqiqətini gizlətmir. O, İraqın (və Əfqanıstanın) işğalı zamanı ABŞ-ın ən böyük regional tərəfdaşı rolunda idi. Belə ki, tabeliyində olan məzhəbçi milislər və həmin ölkədə məzhəbçi kvotalara əsaslanan konstitusiyanın hazırlanması vasitəsilə İraqı Amerikaya “gümüş sinidə” təslim etdi. Hərbi vali Pol Bremer də İraqdakı bütün hərbi, mülki və xidmət dövlət aparatlarını ləğv edərək bütün bunlara şərait yaratdı.

    Buna uyğun olaraq, İran rejimi son iki onillikdə Ərəb Şərqində dövlət və cəmiyyət strukturunu parçalamaq üçün hər şeyi etdi. Beləliklə, o məhz İsrailə böyük xidmət göstərdi; çünki son iki onillikdə İsrailin qurulduğu gündən bəri (1948) edə bilmədiyi şeyi etməyə nail oldu.

    Bütün bunlar baş verərkən, İran rejimi oyunun təbiətini, kəsişmə nöqtələrini, nəyin icazəli, nəyin qadağan olduğunu anlamadı və ya anlamaq istəmədi. Yəni öz ayaqları ilə öz taleyinə doğru addımladı. Amerikanın və İsrailin İranın regional lovğa siyasətlərinə verdiyi investisiya bitdikdən sonra, yaxud Ərəb Şərqi ölkələrinin xarabalığa çevrilməsi missiyası başa çatdıqdan sonra, artıq onun kiçildilməsi və ya öz sərhədləri arxasına qaytarılması tələb olunmağa başladı.

    Reallıqdan qopmuş İran rejimi bu həqiqəti tuta bilmədi. Bu isə onu öz imkanlarını şişirtməyə, ABŞ-ın gücünə etinasızlıq göstərərək ona hərbi meydan oxumağa və bəzi liderlərinin “hörümçək torundan daha zəif” hesab etdikləri kiçik İsrailin imkanlarını kiçik görməyə sövq etdi. O, İsraili saatlar və ya günlər ərzində yer üzündən siləcəyinə söz verir, “BRICS” ölkələri ilə təhdid edir, Hörmüz boğazından neft tədarükünü kəsəcəyini, regionda Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Qətər, Bəhreyn və BƏƏ-dəki Amerika maraqlarını vuracağını bildirir və “Hizbullah”ın tərksilah edilməsini rədd edirdi.

    Həmçinin İran liderləri 2023-cü ilin sonundan bəri baş verənlərə – sözdə “Müqavimət və Müdafiə Oxu”nun süqutuna, Qəzza zolağının dağılmasına, İsrailin fələstinlilər üzərində “çaydan dənizə qədər” hökmranlığına, Livanda “Hizbullah”ın acınacaqlı taleyinə və Suriya rejiminin süqutuna (2024-cü ilin sonu) əhəmiyyət vermədilər.

    Hətta Xameneinin və rejiminin birinci dərəcəli rəhbərlərinin çoxunun ölümündən də ibrət götürmədilər. Beləliklə, bugünkü Amerika tələbi artıq təkcə rejimin nüvə gücünə sahib olmasının qarşısını almaqla bitmir, həm də onun ballistik raket arsenalının ləğvinə, radikal şiə milislərə dəstəyinin kəsilməsinə və İsrailə qarşı hər hansı bir təhdid yaratmamasına qədər genişlənir. Hətta iş o yerə çatıb ki, rejimin resurslarını tükəndirmək, infrastrukturuna zərbə vurmaq və hətta İranın bəzi hissələrini işğal etmək yolu ilə İran rejiminin özünün sonunu gətirmək hədəflənir.

    Əlbəttə, bütün bunları ABŞ və İsrail edir, lakin eyni zamanda bu, İran rejiminin öz xalqına etdikləridir. İran bu gün zəifləmiş və tükənmişdir. Məsələn, Türkiyənin ümumi daxili məhsulu (ÜDM) İranın ÜDM-indən üç dəfə çoxdur, halbuki İranın ərazisi Türkiyədən iki dəfə böyükdür, əhalisi bərabərdir və İran nəhəng neft və qaz sərvətlərinə malikdir.

    Nəticədə, İran öz xalqına və qonşularına qarşı güc göstərməyi bacarır, lakin İsrail və ABŞ qarşısında müdafiəsiz və zəifdir. Bunun məsuliyyəti isə məhz İran rejiminin öz üzərinə düşür.

    #Osmanlı dövləti tarixi #Müctəba Xameneyi #SEPAH #Osmanlı ordusunda üsyanlar #SEPAH raket bölməsi #Müctəba Xamenei liderliyi #Müctəba Xameneyi kimdir? İranın gələcək ali lideri haqqında hər şey #Rəisinin ölümündən sonra tək qalan namizəd: Müctəba Xameneyi #İranın pərdəarxası rəhbəri: Müctəba Xameneyinin gizli hakimiyyəti #İran rejiminin regionda və öz ölkəsində etdikləri #Pol Kennedi nəzəriyyəsi və İran: İmperiya ambisiyalarının acınacaqlı nəticələri #Tehranın strateji korluğu: Niyə İran öz xalqını və qonşularını qurban verdi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    30 Avqust 2026 09:16

    Müctəba Xamenei hökumətə çağırış etdi - Dözümlü olun

    29 Avqust 2026 09:38

    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

    29 Avqust 2026 00:03

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İranın raket istehsalı davam edir - SEPAH

    24 Avqust 2026 18:13

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    24 Avqust 2026 14:48

    Osmanlının ilk konstitusiyası: Dövlət idarəçiliyini dəyişən tarixi qanunlar

    23 Avqust 2026 14:00

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    Hörmüz boğazı İran qüvvələrinin nəzarətindədir - SEPAH

    18 Avqust 2026 18:46

    İran generalı İraqda silahlı qrupların gələcəyini müzakirə edib

    12 Avqust 2026 19:36

    Vaşinqton SEPAH-la əlaqəli sanksiyalar siyahısını yeniləyib

    5 Avqust 2026 19:48
    XƏBƏR LENTİ

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.