Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Məmlük-Səmahə planından bugünkü fitnə ssenarilərinə - Hizbullahın xaos strategiyası

    13 Aprel 2026 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məmlük-Səmahə planından bugünkü fitnə ssenarilərinə - Hizbullahın xaos strategiyası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    Suriyada hakimiyyət orqanlarının Dəməşqdə dini şəxsiyyəti hədəf almaq üçün hazırlanmış partlayıcı qurğunun zərərsizləşdirilməsi və xarici tərəflə əlaqəli hüceyrənin həbs edilməsi barədə bəyanatı heç də təəccüblü olmadı. Çünki bu xarici tərəf Livan-İran mənşəli "Hizbullah"dan başqa heç kim deyil. Bu, qarşısına qoyulan vəzifəni yerinə yetirməzdən əvvəl ifşa edilən ilk hüceyrə deyil.

    Suriya KİV məlumatına əsasən məlumata görə, hədəf bir yəhudi din xadimidir. Bundan əvvəl də ibadət yerlərini hədəf alan hüceyrələr ifşa edilmişdi. Bu vəziyyət Livanda əvvəllər hazırlanmış və "Məmlük-Səmahə" planı kimi tanınan ssenarini xatırladır. O zaman da xristian dini xadiminə (Maroni patriarxı olduğu deyilirdi) sui-qəsd etmək və günahı "İslamçıların" üzərinə atmaqla Livanı daxili qırğına sürükləyəcək bir fitnə yaratmaq istəmişdilər.

    Bu gün "Hizbullah" həm Livan, həm də Suriyada fitnə yaratmağa çalışır. Livanda o, ölkə üçün cəhənnəm qapılarını açdıqdan sonra düşdüyü çıxılmaz vəziyyətdən qaçmaq istəyir. Xüsusilə də İranın "Ali Rəhbəri" Əli Xameneinin öldürülməsinin qisasını almaq üçün İsrailə 6 raket ataraq xaos dairəsini genişləndirmək və Suriyada zorakılığı yaymaqla Beyrutu yenidən Tehrana bağlamaq, təchizat yollarını açmaq niyyətindədir.

    2006-cı ilin xatirələri və bugünkü fərq

    2006-cı ildə "Hizbullah"ın baş katibi Həsən Nəsrullah livanlılara "vəd edilmiş yay" sözü vermişdi və bir neçə gün sonra iki İsrail əsgərini qaçıraraq "İyul müharibəsini" başlatdı. Maraqlıdır ki, Nəsrullah həmin əməliyyatı "Sadiq vəd" adlandırmışdı. Bir aydan az davam edən həmin müharibə prezident Fuad Sinyora hökumətinin beynəlxalq və ərəb diplomatik səyləri nəticəsində dayandırıldı və 1701 saylı qətnamə qəbul edildi.

    Lakin o vaxtkı Livan indikindən fərqli idi. O zaman Livan ərəb və beynəlxalq diqqət mərkəzində idi və "Hizbullah"ın layihəsinə qarşı "14 Mart Qüvvələri" kimi məzhəblərarası bir milli layihə mövcud idi. Təəssüf ki, bu gün belə bir layihə yoxdur. Bu gün "Hizbullah"a müxalif olan şəxsiyyətlər və partiyalar olsa da, onların hər biri öz partiya və məzhəb maraqlarından çıxış edir. "Öncə Livan" şüarı 2006-cı ildə olduğu kimi bu gün vahid siyasi fəaliyyət layihəsinə çevrilməyib.

    Siyasi “tıxac” və Tehranın şantajı

    Müharibə dayandıqdan bir neçə ay sonra "Hizbullah", "Amal Hərəkatı" və "Milli Azadlıq Hərəkatı"nın rəhbərlik etdiyi müxalifət koalisiyası Fuad Sinyora hökumətini devirmək üçün Hökumət Sarayı qarşısında 600-dən çox çadır quraraq etirazlara başladı. 18 ay davam edən bu etirazlar yalnız "Hizbullah" milislərinin və müttəfiqlərinin Beyruta hərbi müdaxiləsi və Doha razılaşması ilə başa çatdı.

    Bu gün "Hizbullah"ın vaxtı yoxdur. Onlar Navaf Salam hökumətini devirmək üçün Beyrut daxilində və saray arşısında hərəkətlilik yaratmağa çalışırlar. Livan dövlətinin İsrail ilə birbaşa danışıqlar aparmasına qarşı çıxırlar. Onlar Livanın danışıqlar masasında bir "kart" olmasını və Tehranın bu kart vasitəsilə ABŞ və ərəb ölkələrini şantaj etməsini istəyirlər. Tehran mediada səslənən yalan iddialara baxmayaraq, ABŞ və İsrail ilə müharibədə atəşkəsi qəbul etdi, lakin İsrail ilə özünün Livandakı qolu olan "Hizbullah" arasındakı müharibədə atəşkəsə nail ola bilmədi.

    Milli layihə zərurəti

    Livan hökuməti Livan adından danışıqlar aparacaq. Artıq Hafiz Əsəd dövründə olduğu kimi livanlıların iradəsini danışıqlarda girov saxlayacaq Suriya rejimi yoxdur. Livanın yenidən Tehranın iradəsinə təslim edilməməsi barədə beynəlxalq qərar mövcuddur. Baş nazir Navaf Salamın hökumətin qərarlarına və qanunvericiliyə sadiq qalmaqdakı israrı vacib addımdır, lakin kifayət deyil. Navaf Salamı dəstəkləmək yalnız şüarlar və bəyanatlarla olmamalıdır; Livanın vahid, məzhəb və partiya maraqlarından üstün olan milli layihəyə ehtiyacı var.

    İranın bölgədəki ekspansionist layihəsinə və İran daxilindəki rejimə endirilən ağır zərbələrlə yanaşı, "Hizbullah" və bu rejim xaos yaymaq siyasətini davam etdirəcək. "Hizbullah" Beyrutun xristian bölgələrində təhlükəsizlik problemləri yaratmağa cəhd edə bilər. Bu fitnə layihələrinə qarşı mübarizə "Hizbullah"ın meydanına çəkilməklə deyil, "Öncə Livan" deyən dövlət layihəsi ilə mümkündür. Məhz milislərə qarşı dövlət layihəsi lazımdır, yoxsa bir-biri ilə vuruşan milislər layihəsi deyil — çünki bu, Livanı yalnız fəlakətə sürükləyər. Livanlılar müharibə və milis döyüşlərinin ağrılarını hər kəsdən daha çox çəkiblər.

    #Livan #Hizbullah #Dəməşq #livan xin #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah və Livan siyasəti #Dəməşq Hava Limanı #VOA Analitik Təhlil Mərkəzi #Livan-İran #Məmlük-Səmahə #14 Mart Qüvvələri #Öncə Livan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    18 İyul 2026 18:00

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    17 İyul 2026 20:57

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirdiyi bildirilir

    16 İyul 2026 18:19

    Livanın cənubunda yaşayış məntəqələrinin dağıdıldığı bildirilir

    16 İyul 2026 17:15
    XƏBƏR LENTİ

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.