Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Pakistan və Əfqanıstan arasında gərginlik - beynəlxalq ictimaiyyət təmkin və dialoqa çağırır

    12 Oktyabr 2025 12:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pakistan və Əfqanıstan arasında gərginlik - beynəlxalq ictimaiyyət təmkin və dialoqa çağırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.

    Sərhəddə toqquşmalar və artan gərginlik

    Əfqanıstanın Kunar, Nəngəhar, Pəktiya və Xost vilayətlərindən “şiddətli döyüşlər” barədə məlumatlar yayılıb. “Taliban qüvvələri əvvəlcə yüngül silahlardan, daha sonra ağır artilleriyadan istifadə edib”.Pakistan ordusu cavab atəşi açıb və üç pilotsuz uçuş aparatını vurduğunu bəyan edib.

    Beynəlxalq çağırışlar: sükunət və diplomatiya

    Artan gərginlik fonunda İran, Səudiyyə Ərəbistanı və Qətər tərəfləri təhlükəli eskalasiyadan çəkinməyə və dialoq yolu ilə həll tapmağa çağırıblar.

    İran xarici işlər nazirinin müavini Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında bildirib ki, “Hər iki ölkə təmkin nümayiş etdirməlidir. Pakistan və Əfqanıstan arasında sabitlik bütün regionun sabitliyinə xidmət edir.”

    Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də “X” platformasında yaydığı bəyanatda sərhəd bölgələrindəki qarşıdurmalardan narahatlığını ifadə edib və tərəfləri “təxribatdan uzaq durmağa, müdriklik və dialoq yolunu seçməyə” çağırıb. Krallıq həmçinin regionda sülh və sabitliyin qorunması üçün bütün beynəlxalq və regional səyləri dəstəklədiyini vurğulayıb.

    Qətər Xarici İşlər Nazirliyi isə oxşar bəyanatında dialoq, diplomatiya və təmkinə üstünlük verilməsinin zəruriliyini qeyd edib. Bəyanatda Qətərin “regional təhlükəsizlik və beynəlxalq sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyi” vurğulanıb.

    Əks ittihamlar və artan qarşıdurma

    Gərginlik Kabil və ölkənin cənub-şərqində baş verən partlayışlardan sonra başlayıb. Əfqanıstan Müdafiə Nazirliyi bu hücumlarda Pakistandan gələn qüvvələri günahlandırıb və İslamabadı “Əfqanıstanın suverenliyini pozmaqda” ittiham edib.

    Pakistan isə məsuliyyəti rədd edərək, sərhəddəki üsyançılara qarşı özünü müdafiə etmək hüququnu vurğulayıb və Kabil hökumətini Pakistan Talibanı (TTP) üzvlərinə sığınacaq verməkdə ittiham edib.

    İslamabadın məlumatına görə, 2021-ci ildən bəri TTP-nin hücumları nəticəsində yüzlərlə Pakistan hərbçisi həlak olub.
    2024-cü il isə ölkədə son on ilin ən qanlı ili olub – 1600-dən çox insan, əsasən təhlükəsizlik qüvvələrinin əməkdaşları həyatını itirib.

    “Artıq dözməyəcəyik” – Pakistanın sərt mövqeyi

    Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif parlamentdə çıxış edərək bildirib ki, “Əfqanıstan rəhbərliyini dəfələrlə xəbərdar etmişik ki, Pakistan Talibanına dəstək verməkdən əl çəksinlər. Lakin bu cəhdlər nəticəsiz qaldı. Artıq bu vəziyyətə dözməyəcəyik.”

    Nazir qeyd edib ki, “terrorçulara sığınacaq verənlər, istər Pakistan, istərsə də Əfqanıstan ərazisində olsunlar, nəticələrə qatlanacaqlar.”

    Eyni zamanda, Pakistan Talibanı (TTP) şənbə günü ölkənin şimal-qərbində həyata keçirdiyi hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hücumlar nəticəsində 20 təhlükəsizlik əməkdaşı və 3 mülki şəxs həlak olub.

    Regionda sabitliyə təhdid

    Müşahidəçilər xəbərdarlıq edirlər ki, Pakistan-Əfqanıstan sərhədində davam edən silahlı toqquşmalar yeni zorakılıq dalğasına səbəb ola bilər və Cənubi Asiyada sabitliyi sarsıda bilər.

    Beynəlxalq vasitəçilər gərginliyin artmaması üçün diplomatik səylərini intensivləşdiriblər.

    #Səudiyyə Ərəbistanı #Pakistan #Taliban #Kamdeşdə Taliban qarşısında mübarizə #Taliban hökuməti #ABŞ-Taliban münasibətləri #anti-Taliban #Pakistan və Əfqanıstan arasında gərginlik #Dürand #Taliban qüvvələri #Kunar #Xost #Pakistan Talibanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    2 Sentyabr 2026 09:41

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    1 Sentyabr 2026 19:35

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    1 Sentyabr 2026 16:12

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12
    XƏBƏR LENTİ

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.