#anti-Taliban

Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.

2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.