Tacikistan-Əfqanıstan sərhədində silahlı terror qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb. Hadisə nəticəsində üç terrorçu zərərsizləşdirilib, iki tacik sərhədçisi həlak olub. Tacikistan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Mərkəzinin yaydığı məlumata görə, hadisə 23 dekabr 2025-ci il tarixində saat 23:30 radələrində Şəmsiddin Şohin rayonunun Kavok ərazisində, “Bağ” adlı 5 saylı sərhəd zastavasının mühafizə zonasında baş verib.
#Taliban hökuməti
Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.
Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanatında azad edilən şəxsin kimliyini Əmir Əmiri kimi açıqlayıb və onun ABŞ prezidenti Donald Trampın girovlarla bağlı xüsusi nümayəndəsi Adam Bolerə təhvil verildiyini bildirib.
ABŞ-ın hazırkı və sabiq rəsmiləri bildiriblər ki, prezident Donald Trampın Əfqanıstandakı Baqram hava bazasını yenidən nəzarətə götürmək istəyinə reallaşdırmaq üçün nəticədə ölkənin yenidən işğalı kimi genişmiqyaslı əməliyyat lazım ola bilər; bu, on minlərlə əsgərin göndərilməsini və qabaqcıl hava müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
2021-ci ilin yayında ABŞ-ın Əfqanıstandan çıxmasından sonra “Taliban” hərəkatı dərhal ölkədə yenidən hakimiyyəti ələ keçirdi. Bu, 2001-ci ildən bəri beynəlxalq qüvvələrlə əməkdaşlıq etmiş əfqan vətəndaşlarında güclü qorxu hissi yaratdı və onları ölkədən qaçmaq üçün əlindən gələni etməyə məcbur etdi.
Taliban hərəkatı üç ildən artıqdır ki, Əfqanıstanda hakimiyyətdədir, ölkədə bir sıra problemlər olsa da, Taliban rəhbərliyi turistləri məmnuniyyətlə qarşılayır.